Məhkəmə qərarları › İş №2(055)-68/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-68/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-68/2024 08.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 8000 manat pulun, 50 manat xidmət haqqının və 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, özünə məxsus olan “Land Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 iyun 2023-cü il tarixdə 8000 manata, 20 ay müddətinə hər ay 400 manat ödəmək şərtilə həmkəndlisi Cavabdeh satmışdır. Bununla bağlı cavabdeh öz xətti ilə akt və qəbz yazıb imzalamış, həmin qəbzin doğruluğunu kənd icra nümayəndəsi möhürlə təsdiq etmişdir. Bundan başqa həmin vaxt akt tərtib olunmuş və kənd icra nümayəndəsi ilə kənd bələdiyyəsinin sədri aktı möhürləyib öz imzaları ilə təsdiq etmiş, həmçinin onunla yanaşı cavabdeh də həmin aktı imzalamışdır. Asim avtomobili alarkən özü sürərək yoxlamış və hər hansı nasazlıq olmadığını bildirmişdir. Lakin satdığı avtomobilin pulunu Asimdən əvvəlcədən razılaşdıqları və qəbzdə göstərildiyi qaydada ala bilməmiş və bugünədək də Asim 8000 manat puldan ona heç bir ödəniş etməmişdir. Asimdən borcunu dəfələrlə tələb etməsinə baxmayaraq Asimin müxtəlif bəhanələrlə borcunu verməkdən imtina etməsi səbəbindən məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Mehdiyev X2 Mehdiyeva ilə eyniməzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, həqiqətən də, İddiaçı “Land Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 iyun 2023-cü il tarixdə 8000 manata, 20 ay müddətinə hər ay 400 manat ödəmək şərtilə almışdır. Bu barədə tərtib olunmuş qəbz və akta imza etmişdir. Lakin borcundan 800 manat ödəmiş, hazırda iddiaçıya 8000 manat deyil, 7200 manat borcu qalmışdır. Ödəmiş olduğu 800 manatı isə iki dəfəyə olmaqla iddiaçının oğlu Nümayəndə vermişdir. Hazırda iddianın 7200 manat hissədə təmin edilməsinə etirazı yoxdur. İşdə olan 13 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 13 iyun 2023-cü il tarixdə İddiaçı 20 ay müddətə, hər ay 400 manat qaytarmaq şərtilə əvvəlcədən razılaşdıqları 8000 manat məbləğə “Land Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. İşdə olan 13 iyun 2023-cü il tarixli Saatlı rayon X3 Ərazi Dairəsi üzrə Nümayəndəsi Zakir Əliyev və Saatlı rayon Məmmədabad Bələdiyyəsininn sədri Əbilfəs Nəsirov tərəfindən möhürlənib imzalanaraq təsdiq edilmiş, həmçinin Cavabdeh və İddiaçı tərəfindən imzalanaraq təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh Land Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 iyun 2023-cü il tarixdə hər ay 400 manat ödəmək şərtilə 20 ay müddətinə qarşılıqlı razılıq əsasında 8000 manata İddiaçı almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin yuxarıda göstərilən halları tərəflər arasında 2023-cü ildə avtomobillə bağlı nisyə alğı-satqı münasibətlərinin yaranmasını göstərir. Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatında iddia tələbini qismən qəbul edərək iddiaçıya borclu olduğu 8000 manat puldan 800 manat qaytardığını və cəmi 7200 manat borcu qaldığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin etirazının əsas dəlilinə münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə göstərdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Beləliklə də, məhkəmə araşdırması cavabdehin iddiaçıya 8000 manat borclu olması halı öz təsdiqini tapmışdır. Buradan da görünür ki, İddiaçı Cavabdeh 8000 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 8000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 8000 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 8150 (səkkiz min bir yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür çıxarış İş № 2(055)-68/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 08 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və nümayəndəsi Nümayəndə oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8000 manat pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 8150 (səkkiz min bir yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar