Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-68/2025 22.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X1, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2277.40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(055)-39/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə məhkuma tətbiq edilmiş elektron nəzarət vasitəsində nasazlıq olduğu üçün işlək vəziyyətdə bir ədəd “ATTENTİ” markalı 35628601 saylı elektron nəzarət vasitəsi bir ədəd elektron qolbaq, bir ədəd adaptor Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu barədə protokol tərtib edilərək cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə İddiaçınə gələrək ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun oğurlandığını bildirmişdir. Həmin gün məhkumun baş vermiş hadisə ilə bağlı izahatı alınmış, sonuncu izahatında xx.xx.2024-cü il tarixdə Saatlı rayonunun Sarıcalar kəndində yerləşən şadlıq sarayında yaxın qohumunun toy mərasimində iştirak edən zaman özünə məxsus nəqliyyat vasitəsini şadlıq sarayının qarşısında saxladığını, envnin mobil qurğusunu da əvvəlcədən avtomobilin əl baqajına qoyub qısa müddət toy məclisində iştirak edib qayıtdıqdan sonra mobil qurğunun oğurlandığını gördüyünü və baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh İddiaçınə gələrək elektron nəzarət vasitəsi avadanlıqlarını yararsız vəziyyətdə təhvil vermiş və bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(055)-39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə məhkuma ona tətbiq edilmiş elektron nəzarət vasitəsində nasazlıq olduğu üçün işlək vəziyyətdə bir ədəd “ATTENTİ” markalı 35628601 saylı elektron nəzarət vasitəsi - bir ədəd elektron qolbaq, bir ədəd adaptor quraşdırılaraq təhvil verilmişdir. Bu barədə protokol tərtib edilərək cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmiş, və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixdə Saatlı rayonunun Sarıcalar kəndində yerləşən şadlıq sarayında yaxın qohumunun toy mərasimində iştirak edən zaman özünə məxsus nəqliyyat vasitəsini şadlıq sarayının qarşısında saxlamış, env-nin mobil qurğusunu da əvvəlcədən avtomobilin əl baqajına qoyub qısa müddət toy məclisində iştirak edib qayıtdıqdan sonra mobil qurğunun oğurlandığını görmüş və baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə, daha sonra isə İddiaçınə məlumat vermişdir. Saatlı RPŞ-də aparılmış araşdırma zamanı mobil nəzarət qurğusunun oğurlandığı məlum olmuşdur. Göründüyü kimi, mobil nəzarət qurğusunun yararsız hala gəlməsində onun təqsiri yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 1(055)-39/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş və hökmün icrası İddiaçınə tapşırılmışdır. İşdə olan 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “ATTENTİ” markalı 35628601 saylı elektron nəzarət vasitəsi - bir ədəd elektron qolbaq, bir ədəd adaptor Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya xidmətinin “ATTENTİ” Elektron monitorinq sisteminin məlumatından görünür ki, xx.xx.2024-cü il, saat 17:35-dən etibarən Cavabdeh quraşdırılmış mobil nəzarət qurğusunun izlənmə məlumatlarının gələdiyi müəyyən edilmişdir. İşdə olan 08 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh quraşdırılaraq təhvil verilmiş mobil qurğu və qolbaq yararsız vəziyyətdə təhvil götürülmüşdür. İşdə olan elektron nəzarət vasitəsinin vəziyyəti barədə mütəxəssis rəyindən görünür ki, texniki baxış zamanı Cavabdeh təhkim edilmiş “ATTENTİ” markalı 35628601 saylı elektron nəzarət vasitəsinin qolbaq ilə əlaqə saxlayan antenna pinləri qoparılmış, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə ünvanlanmış 29 iyul 2021-ci il tarixli məktubdan görünür ki, elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277.40 manat təşkil edir. İşdə olan Saatlı RPŞ-nin Təhqiqat bölməsinin 02 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh 22 sentyabr 2024cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək və həmin Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək ona təhkim edilmiş elektron nəzarət vasitəsinin naməlum şəraitdə itdiyini bildirmiş, Cavabdeh 30 sentyabr 2024-cü il tarixdə Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək elektron nəzarət vasitəsini tapdığını göstərmiş və cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edimiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 4.7-ci bəndinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir. Həmin Qaydaların 7.5-ci bəndinə görə tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Həmin Qaydaların 8.1-ci bəndinə görə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. Həmin Qaydaların 8.4-8.5-ci bəndlərinə görə elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. İşin araşdırılan halları ilə müəyyən edildi ki, Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(055)-39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə qanunvericilikdə nəzərdə tutulmuş vəzifələr qoyulmuşdur.Hökm və göstəriş icraya yönəldildikdən sonra xx.xx.2023-cü il tarixdə protokol tərtib edilərək cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları cavabdehə izah edilmiş, bir ədəd “ATTENTİ” markalı 35628601 saylı elektron nəzarət vasitəsi - bir ədəd elektron qolbaq, bir ədəd adaptor quraşdırılaraq təhvil verilmişdir. Həmçinin cavabdehə nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyərək, yəni ona təhkim olunmuş elektron nəzarət vasitəsini avtomobildə nəzarətsiz qoymuş, nəticədə həmin qurğu istfadəyə yararsız vəziyyətə gəlmiş və iddiaçıya 2277.40 manat ziyan dəydiyi məlum olmuşdur. Cavabdeh mobil nəzarət qurğusunun xx.xx.2024-cü il tarixdə ona məxsus avtomobildən oğurlanması nəticəsində yararsız hala salındığını göstərsə də, Saatlı RPŞ-nin Təhqiqat bölməsinin 02 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə mobil nəzarət qurğusunun oğurlanması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Cavabdeh 2277.40 manat manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat pul alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh əlavə olaraq 42.78 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik pul alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdeh 42(qırx iki) manat 78(yetmiş səkkiz) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-68/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 22 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin nümayəndəsi, böyük icra məmuru (probasiya üzrə) X1, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2277(iki min iki yüz yetmiş yeddi) manat 40(qırx) qəpik pul alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cavabdeh 42(qırx iki) manat 78(yetmiş səkkiz) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-68/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-68/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver