Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-683/2023 13.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 354 manat əsas borc, 34 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan nisyə şəkildə ümumi dəyəri 384 manat olan məhsul almışdır. Cavabdeh tərəfindən müqavilə şərtlərinə tam əməl edilməmiş, cavabdeh alınan malın dəyərini 12 ay müddətinə ödəməli olduğu halda, borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 5.4-cü bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. 12 may 2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcu 354 manat əsas borc, 34 manat cərimə borcu təşkil edir. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 354 manat əsas borc, 34 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 28 yanvar 2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə 30 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 30 manat ödəməklə ümumi dəyəri 384 manat olan “Xiaomi Redmi 9” markalı telefonun alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 28 yanvar 2021-ci il tarixli, ******* saylı müqavilə üzrə iddiaçıya 12 may 2023-cü il tarixə 354 manat əsas borcu, 34 manat cərimə, cəmi 388 manat borcu vardır. İşdə olan 10 mart 2022-ci il tarixli pretenziya məktubundan və həmin məktubun cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 28 yanvar 2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli ******* saylı alqısatqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan nisyə şəkildə 30 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 30 manat ödəməklə ümumi dəyəri 384 manat olan “Xiaomi Redmi 9” markalı telefon almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya 12 may 2023-cü il tarixə 354 manat əsas borcu və 34 manat cərimə, cəmi 388 manat borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 354 manat əsas borc və 34 manat cərimə, cəmi 388 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 28 yanvar 2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 354 manat əsas borc və 34 manat cərimə, cəmi 388 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 28 yanvar 2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 354 manat əsas borc, 34 manat cərimə, cəmi 388 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 18 may 2023-cü il tarixli “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 28 yanvar 2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 354 manat əsas borc, 34 manat cərimə, cəmi 388 (üç yüz səksən səkkiz) manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-683/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-683/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver