Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-686/2023 13.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1225,58 manat əsas borc və 38,03 manat faiz borcu, cəmi 1263,61 manat borcun və 32,64 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, 15 oktyabr 2019cu il tarixli **********0313 saylı kredit müqaviləsinə əsasən Cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən keçmiş əsas kredit borcunun 1225,58 manat qalıq məbləği illik 1% dərəcəsi ilə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən kredit alan əsas borcu, həmin borca əsaslanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh 1225,58 manat əsas borc və 38,03 manat faiz borcu, cəmi 1263,61 manat borcun və 32,64 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 oktyabr 2019-cu il tarixli **********0313 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh 5 il müddətinə illik 1% dərəcəsi ilə 1225,58 manat məbləğində kredit verilmişdir. İşdə olan 23 may 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, 15 oktyabr 2019-cu il tarixli **********0313 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 1225,58 manat əsas borcu, 38,03 manat faiz borcu, cəmi 1263,61 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı X1-Bank Kredit Təşkilatı arasında 15 oktyabr 2019-cu il tarixli **********0313 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1225,58 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən İddiaçı X1-Bank Kredit Təşkilatına 1225,58 manat əsas borcu və 38,03 manat faiz borcu, cəmi 1263,61 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 1225,58 manat əsas borcun və 38,03 manat faiz borcu, cəmi 1263,61 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 1225,58 manat əsas borc və 38,03 manat faiz borcu, cəmi 1263,61 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1225,58 manat əsas borc və 38,03 manat faiz borcu, cəmi 1263,61 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan 30 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 32,64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32,64 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1225,58 manat əsas borc və 38,03 manat faiz borcu, cəmi 1263 (bir min iki yüz altmış üç) manat 61 (altmış bir) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 (otuz iki) manat 64 (altmış dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-686/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-686/2023
13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver