Məhkəmə qərarları › İş №2(055)-688/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-688/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-688/2023 14.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1827 manat pulun, Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(055)-1193/2021 saylı qətnaməsi ilə ondan "xxxx" MMC-nin xeyrinə tutulmuş 200 manat pulun, məhkəmə proseslərinə gedib-gəlmək üçün xərclədiyi 350 manat pulun və ödəmiş olduğu 38.27 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 01 noyabr 2013-cü il tarixdə 04/43 saylı kredit müqaviləsinə əsasən 15 ay müddətinə "xxxx" MMC-dən 2560 manat kredit götürmüşdür. Həmin kreditin rəsmiləşdirilərək verilməsi, həmçinin həmin kreditin bağlanmasını "xxxx" MMC tərəfindən məsul şəxs olaraq hazırki iş üzrə Cavabdeh1 icra etmişdir. 2014-cü ildə o, götürdüyü kreditin qrafik üzrə son ödənişini ödəmək üçün həmin dövrdə "xxxx" MMC-də mühasib vəzifəsində işləyən hazırki iş üzrə digər Cavabdeh2 müraciət etmiş, sonuncu isə öz növbəsində kreditin bağlanması üçün 1827 manat pul ödəməli olduğunu ona bildirmişdir. Bundan sonra o, kreditin bağlanması üçün tələb olunan 1827 manat pulu Cavabdeh2 vermiş, Səxavət isə öz növbəsində həmin pulu Cavabdeh1 vermişdir. Səxavət pulu Şahinə verərkən həmin dövrdə qeyd edilən MMC-də işləyən X5 da orada olmuş və pulun Səxavət tərəfindən Şahinə verilməsini görmüşdür. Pulu verdikdən sonra o, kredit götürülən zaman həmin MMC-yə təqdim etdiyi pensiya ödənişlərini aldığı plastik kartı geri almış və borcunun bağlandığını qeyd etmişdir. Rusiya Federasiyasına işləmək üçün getdiyindən həmin kredit borcunun Cavabdeh1 tərəfindən MMC-yə köçürülməməsindən xəbəri olmamışdır. Bu səbəbdən də "xxxx" MMC iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək ona qarşı pul tələbi barədə iddia qaldırmış, Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(055)-1193/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Hazırda məhkəmə qətnaməsinin icrası ilə əlaqədar əlilliyə görə aldığı təqaüddən hər ay 200 manat pul tutulur. Kredit borcu məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən ondan tutulduğundan kredit borcunun bağlanmasına görə verdiyi cavabdehlərə verdiyi 1827 manat pulu tələb etməkdə haqlıdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı izahatında göstərdi ki, Saatlı rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. İddiaçı MMC-dən götürmüş olduğu krediti 2014-cü ildə ona yaxınlaşaraq tam ödəmək istədiyini bildirmiş, o isə Mehmana 1827 manat pul ödəyərək krediti bağlaya biləcəyini demişdir. Bundan sonra Mehman kreditin bağlanması üçün tələb olunan 1827 manat pulu ona vermiş, o isə öz növbəsində həmin pulu Cavabdeh1 vermişdir. O, pulu Şahinə verərkən həmin dövrdə qeyd edilən MMC-də işləyən X5 da orada olmuş və pulun onun tərəfindən Şahinə verilməsini görmüşdür. Pulu verdikdən sonra Mehman kredit götürülən zaman həmin MMC-yə təqdim etdiyi pensiya ödənişlərini aldığı plastik kartı geri almış və borcunun bağlandığı qeyd edilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın ona aid hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 izahatında göstərdi ki, "xxxx" MMC-nin həmtəsisçilərindən biridir. İddiaçı iddiasını ona aid hissədə qəbul etmir. Belə ki, "xxxx" MMC-də kredit idarə heyətinin qərarına əsasən verilir. Kredit pulunun yığılmasına isə mühasib nəzarət edir. Həmin vaxt və hal-hazırda da mühasib Cavabdeh2dur. O, vətəndaşlardan və Cavabdeh2 nağd pul qəbul etməmişdir. İddiaçı kredit borcunun bağlanması üçün Cavabdeh2 vasitəsilə ona pul verilməmişdir. Bu səbəbdən də iddianın ona aid hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2014-2022ci illərdə "xxxx" MMC-də komputer operator vəzifəsində işləmişdir. İş üzrə İddiaçı 2014-cü ildə MMC-yə gələrək orada mühasib vəzifəsində işləyən iş üzrə Cavabdeh2 yaxınlaşmış və kredit borcunu tam olaraq ödəmək istədiyini bildirmişdir. Səxavət hesablama apardıqdan sonra Mehmanın MMC-yə 1827 manat pul ödəməli olduğunu bildirmişdir. Mehmanın qeyd edilən məbləğdə pulu Səxavətə, Səxavətin isə həmin pulu Cavabdeh1 verdiyini şəxsən görmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinin surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclular İddiaçı, X4, X3 1536 manat əsas borcun, 369 manat faiz borcunun, 282,09 manat cərimənin və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2207,09 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(055)-1193/2021 saylı qətnaməsi ilə idda qismən təmin edilmiş cavabdehlər İddiaçı, X4, X3 müştərək qaydada 1536 manat əsas borc, 369 manat faiz borcu, 28,20 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 1953 (bir min doqquz yüz əlli üç) manat 20 (iyirmi) qəpik pul alınaraq kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qərar verilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından göründüyü kimi, iş üzrə İddiaçı 01 noyabr 2013-cü il tarixli, 04/43 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən götürdüyü 2560 manat kredit borcuna görə qalan 1827 manat pulu Cavabdeh2 versə də, sonuncu həmin pul vəsaitini digər Cavabdeh1 vermişdir. Bu halı həmin dövrdə "xxxx" MMC-də işləyən X5 şahid qismində dindirilərkən ifadəsində təsdiq etmişdir.Cavabdeh1 1827 manat pul vəsaitinin Cavabdeh2 tərəfindən ona verilmədiyini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, 1827 manat pul vəsaitinin iddiaçı tərəfindən ödənilməsi Cavabdeh2 izahatı, şahid Sevda Əliyevanın ifadəsi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən əsaslı hesab olunaraq təmin olunmalı, digər Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində aylıq tutulmuş 200 manat və məhkəmə proseslərinə gedib-gəlmək üçün çəkdiyi xərcə görə 350 manat pul tələb etsə də, bu barədə mötəbər sübutlar olmadığından iddia qeyd olunan hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 1827 manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 38.27 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 38.27 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1827 manat pul və ödənilmiş 38.27 manat dövlət rüsumu, cəmi 1865(bir min səkkiz yüz altmış beş) manat 27 (iyirmi yeddi) qəpik alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. çıxarış İş № 2(055)-688/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1827 manat pul və ödənilmiş 38.27 manat dövlət rüsumu, cəmi 1865(bir min səkkiz yüz altmış beş) manat 27 (iyirmi yeddi) qəpik alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar