Məhkəmə qərarları › İş №2(055)-70/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-70/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-70/2023 17.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1800 manat borcun və 38 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2018-ci il tarixdə “borcun etirafı və ödəniş qaydaları haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən Cavabdeh İddiaçınə 1800 manat borcu olduğunu etiraf etmişdir. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 1800 manat borcunu hər ay 600 manat olmaqla 3 ay müddətinə tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və İddiaçınə olan borcunu qaytarmamışdır. Ona görə də, Cavabdeh 1800 manat borcun və 38 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2018-ci il tarixdə bağlanmış “borcun etirafı və ödəniş qaydaları haqqında” müqavilədn görünür ki, həmin müqavilənin 1-ci bəndində əsasən Cavabdeh İddiaçınə 1800 manat borcu olduğunu etiraf etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 1800 manat borcunu hər ay 600 manat olmaqla 3 ay müddətinə tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 18 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 18 dekabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh İddiaçınə 1800 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 18 dekabr 2018-ci il tarixdə “borcun etirafı və ödəniş qaydaları haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində əsasən Cavabdeh İddiaçınə 1800 manat borcu olduğunu etiraf etmişdir. Sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 1800 manat borcunu hər ay 600 manat olmaqla 3 ay müddətinə tam olaraq iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və İddiaçınə olan borcunu qaytarmamışdır. Ona görə də, İddiaçı cavabdehə qarşı 1800 manat borcun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 1800 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1800 manat borc alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan 24 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1800 manat borc və ödənilmiş 38 manat dövlət rüsumu, cəmi 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar