Məhkəmə qərarları › İş №2(055)-703/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-703/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-703/2023 25.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 sentyabr 2022-ci il tarixli, STK001733 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 134 manat əsas borcun, 20.10 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs "xxxx" MMC- ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli, STK001733 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 162 manat dəyərində nisyə mal almış, həmin mala görə 162 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 27 manat ödəniş etməklə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fiziki şəxs "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı olan 162 manat məbləğindəki tələb hüququ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 134 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 20.10 manat cərimə hesablanmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 18 noyabr 2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Ona görə də, Cavabdeh 134 manat əsas borcun, 20.10 manat cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 sentyabr 2022-ci il tarixli, STK001733 saylı nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh fiziki şəxs "xxxx" MMC-dən ilkin ödəniş olmadan 162 manat dəyərində olan məhsulu nisyə şəkildə almış və həmin malın dəyərini aylıq 27 manat olmaqla, 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 15 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 162 manat dəyərində olan məhsulu fiziki şəxs "xxxx" MMC-dən təhvil almışdır. İşdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fiziki şəxs "xxxx" MMC arasında bağlanmış 27 may 2022-ci il tarixli tələbin güzəşti barədə R-1312/22 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş 20 sentyabr 2022-ci il tarixli R-13xx/xx-0027 saylı sazişdən görünür ki, fiziki şəxs "xxxx" MMC-nin Cavabdeh və digər borclulardan borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) keçmişdir. İşdə olan 10 may 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 10 may 2023-cü il tarixə ödənilməmiş 134 manat əsas borcu, 20.10 manat cərimə, cəmi 154.10 manat borcu vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 17 iyun 2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı adı İddiaçı Qapalı Səhmdar Cəmiyyətidir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, fiziki şəxs "xxxx" MMC- ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2022-ci il tarixli, STK001733 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 162 manat dəyərində nisyə mal almış, həmin mala görə 162 manat borcu isə müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 27 manat ödəməklə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə fiziki şəxs "xxxx" MMC- arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən fiziki şəxs "xxxx" MMC-nin Cavabdeh qarşı olan 162 manat məbləğindəki tələb hüququ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 134 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən ona 20.10 manat cərimə hesablanmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 18 noyabr 2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 134 manat əsas borc və 20.10 manat cərimə, cəmi 154.10 manat borcun Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 134 manat əsas borc və 20.10 manat cərimə, cəmi 154.10 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 134 manat əsas borc, 20.10 manat cərimə, cəmi 154.10 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 19 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 134 manat əsas borc, 20.10 manat cərimə, cəmi 154 (bir yüz əlli dörd) manat 10 (on) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar