Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-704/2025 16.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2590,62 manat əsas, 511,39 manat faiz borcu, 269,14 manat cərimə olmaqla, ümumilikdə 3371,15 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 53,72 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Lakin Cavabdeh müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, Cavabdeh 2590,62 manat əsas, 511,39 manat faiz borcu, 269,14 manat cərimə borcu olmaqla, ümumilikdə 3371,15 manat borc və 53,72 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 26% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 11 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" KB ASC-yə 2590,62 manat əsas, 511,39 manat faiz borcu, 269,14 manat cərimə borcu olmaqla ümumilikdə 3371,15 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılaraq ona 5000 manat kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh götürdüyü kreditə görə heç bir ödəniş etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Ona görə də, iddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh 2590,62 manat əsas, 511,39 manat faiz borcu, 269,14 manat cərimə borcu olmaqla ümumilikdə 3371,15 manat borcun ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh əsas, faiz borcu və cərimə borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə tələb olunan 269,14 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 259 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 2590,62 manat əsas, 511,39 manat faiz borcu, 259 manat cərimə borcu olmaqla ümumilikdə 3361,01 manat pul alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İşdə olan 11 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən 53,72 manat dövlət rüsumu, ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53,72 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2590,62 manat əsas, 511,39 manat faiz borcu, 259 manat cərimə borcu olmaqla, cəmi 3361,01 (üç min üç yüz altmış bir manat bir qəpik) manat pul alınıb iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53,72 (əlli üç manat yetmiş iki qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-704/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-704/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver