Məhkəmə qərarları › İş №2(055)-708/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-708/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-708/2025 11.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydad 1800 manat pulun, 38 manat ödənilmiş dövlət rüsumunun pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər xx.xx.2023-cü ildə ondan 1800 manat məbləğində borc pul götürmüşlər. xx.xx.2023-cü il tarixinə kimi borcu qaytaracaqlarını öhdələrinə götürmüşlər. Bu barədə Cavabdeh1 öz xətti ilə yazdığı əlyazması da var. Lakin cavabdehlər borcu ödəmirlər. Dəfələrlə müraciət etsə də, cavabdehlər borclarını ödəməmişlər. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Verilmiş sullara cavab olaraq iddiaçı bildirmişdir ki, Cavabdeh1 pul götürərkən ona kart vermişdir. O, da həmin kartdan 300 manat pul çıxarmışdır. Tələb etdiyi məbləğin 1800 manat olması isə ondan ibarətdir ki, o, cavabdehlərə 2000 manat pul vermişdir. Kartdan 300 manat çıxardıqdan sonra cavabdehlərin ona 1700 manat borcları qalmışdır. Sonradan Səbinə onlara gələrək yalvar yaxar edib 100 manat pul almışdır. Ona görə də cavabdehlərin na 1800 manat borcu vardır. Bundan başqa, bildirmişdir ki, o, pulu cavabdeh Səbinəyə vermişdir. Pulu verən vaxtı Novruz orada olmamışdır. Lakin Novruz da, pula zamin durduğundan onu da cavabdeh kimi qoymuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 idianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ona 1800 manat pul yox, 1000 manat pul vermişdir. Onun oğluyla, iddiaçının işçisi olan Elxan adlı şəxs həbsdə olduğuna görə yemək almaq üçün ondan pul istəmişlər. İddiaçı da onlara yemək almaq üçün ona pul vermiş, o, da yemək alaraq oğluyla Elxana vermişdir. Ona görədə iddianın rədd olunmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, digər Cavabdeh2 onun həyat yoldaşıdır və Novruz hazırda həbsdədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iddiaçının və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 26 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı oktyabr ayının 10-na kimi qaytarmaq şərti ilə 1800 manat borc pul almışdır. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən olundu ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi qəbz ilə 1800 manat borc pulun Cavabdeh1 tərəfindən iddiaçıdan alınması halı məhkəmədə öz təsdiqini tapmışdır. Buradan da görünür ki, Cavabdeh1 İddiaçı qaytarmaq şərti ilə 1800 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdeh borcunu iddiaçıya qaytarmamaqla üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 1800 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Cavabdeh isə iddiaçı ona 1800 manat yox, 1000 manat pul verdiyini, həmin pulu da onun oğluyla, iddiaçının işçisi olan Elxan adlı şəxs həbsdə olduğuna görə onlara yemək almaq üçün verdiyi bildirsə də, qeyd edilənləri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhəkmə iclasında Cavabdeh1 anasına məxsus plastik bank kartının iddiaçıda qaldığını və iddiaçının həmin kardan 3 ay 300 manat çıxardığını bildirmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 anasına məxsus plastik bank kartının iddiaçıda olmasını iddiaçı özü təsdiq etmiş və həmin kartdan cəmi bir ay 300 manat pul çıxardığını bildirmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu verilərək, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə 6768 6753 9110 9046 nömrəli kart hesabından kim tərəfindən pul çıxarılmasını özündə əks etdirən foto və video görüntülərin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. "xxxx" ASC-dən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair” Təlimatın 6.7.1-ci bəndinə uyğun olaraq ən azı 06 ay müddətinə saxlanılması təmin edildiyindən 2023-cü il tarixli görüntülər mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının etirafını əsas götürərək onun Cavabdeh1 anasına məxsus plastik bank kartından 1 ay müddətinə 300 manat pulun çıxarması öz ifadəsi ilə təsdiq olunduğundan 300 manat iddia məbləğindən çıxılaraq 1500 manat pul hissəsində iddia təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 iddiaçının 3 ay ərzində onun anasına məxsus plastik bank kartından pul çıxarmasını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddianın digər cavadeh Cavabdeh2 pul tələbi ilə bağlı hissəsinəı münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Cavabdeh2 borc olaraq pul verməsi öz təsdiqini tapmamışdır. İddiaçı özü də pulu Cavabdeh1 verdiyini etiraf etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzdə də, Cavabdeh1 iddiaçıdan 1800 manat pul aldığını qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1500 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 35 manat hissəsi Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 1500 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 (bir min beş yüz otuz beş) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar