Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-71/2025 23.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 1800 manat pulun, 38 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 1450 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, evində illərdir ki toyuq-cücə saxlamaq həvəsində olmuş, lakin, heç bir vaxt toyuq-cücə satışı ilə məşğul olmamışdır. Cavabdeh isə qohumları vasitəsilə tanımışdır. 2024-cü ilin fevral ayında Cavabdeh onun toyuq-cücə saxlamağını görüb ona bunları ona verməyini və həmin cücələri 1,20 manatdan satıb pulunu qaytaracağını bildirərək ilk dəfə 1100 ədəd cücə aparmış, həmin apardığı birinci partiya cücələrdən 500 manat ödəmişdir. Daha sonra isə 2024-cü ilin mart ayında apardığı 1200 ədəd cücələrdən isə heç bir ödəniş etməmişdir. Mən isə apardığı cücələri və ya onların dəyərini qaytarmasını bildirdikdə Böybək mənə 1800 manat borclu olduğunu və pensiya ayında hamsını yığıb borcu qaytaracağını bildirsə də, 6 aydır ki, Böybək Əhməsov Bakı şəhərində qaçıb gizlənərək qərəzli və qəsdən ona vurduğu ziyanı ödəmir. O, isə maraqlandıqda Böybəyin çoxdandır ki, satdığı cücərləni pulunu borc yiyələrindən alaraq öz şəxsi məqsədi ilə üçün xərclədiyini öyrənmişdir. Telefonlarına zəng etdikdə gah özü telefou açıb vurduğu ziyanı qaytaracağını, gah da həyat yoldaşı açaraq Böybəyin harada olmasını bilmədiyini bildirmişdir. Qəsdən və qərəzli olaraq pulunu vermək istəmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək 1800 manatı qaytarmaqdan boyun qaçırmışdır. O, bu barədə Sabirabad rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Sabirabad Rayon Polis Şöbəsinin ona ünvanladığı 17 oktyabr 2024-cü il tarixli məktubda ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də o, da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona 350 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 1450 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, iddiasının təmin olunmasını, Cavabdeh 1450 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh 2300 manat dəyərində cücə satmışdır. Həmin cücələrinin dəyərindən 850 manat cavabdeh tərəfindən ödəniş edilmişdir. İşdə olan diskdəki səs yazısından müəyyən olunur ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmiş və borcu qaytarmaq üçün ona vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1450 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu 38 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 1450 manat pul, ödənilmiş dövlət rüsumu olaraq 38 manat, cəmi 1488 (min dörd yüz səksən səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-71/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-71/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver