Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-72/2025 22.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 15000 manat məbləğində zərərin, 135 manat ödənilmiş dövlət rüsmunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 11 mart 2024-cü il tarixdə notarial təsdiqli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində 300 kv.m torpaq sahəsində daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, 80 kv.m, üç otaqlı, birmərtəbəli fərdi yaşayış evi tikib təmirli təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 56000 manat müəyyənləşdirilmiş, həmin məbləğin 15000 manatını müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsilə cavabdehə təhvil vermiş, qalan 41000 manatı isə 11 aprel 2024-cü il tarixdən başlayaraq ayda 650 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilə şərtlərinə əsasən fərdi yaşayış evini 11 iyun 2024-cü il tarixədək hazır edib ona təhvil vermək barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyə əməl etməmişdir. Ona görə də Cavabdeh15000 manat məbləğində zərərin və 135 manat ödənilmiş dövlət alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Abşeron rayonu 02 saylı notariat ofisində bağlanmış 11 mart 2024-cü il tarixli podrat müqaviləsindən görünür ki, bu müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və həmin müqaviləyə əsasən Əsədov X2 rayonu, Masazır qəsəbəsində 300 kv.m torpaq sahəsində daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, 80 kv.m, üç otaqlı, birmərtəbəli fərdi yaşayış evi tikib təmirli təhvil verməyi, İddiaçı isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. İcra olunan işin ümumi dəyəri 56000 manat müəyyənləşdirilmiş, həmin məbləğin 15000 manatını sifarişçi müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsilə podratçıya təhvil verilir, qalan 41000 manatı isə 11 aprel 2024-cü il tarixdən başlayaraq ayda 650 manat olmaqla ödəməyi öhdəsinə götürür. İşdə olan 11 mart 2024-cü il tarixli kassa qəbzindən görünür ki, İddiaçı həmin tarixdə 15000 manat pulu Abşeron rayonu 02 saylı notariat ofisinin depozit hesabına ödəmişdir. Məhkəmə işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin yuxarıda göstərilən halları tərəflər arasında 2024-cü ildə podrat münasibətlərinin yaranmasını təsdiq edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında 11 mart 2024-cü il tarixdə notarial təsdiqli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsində 300 kv.m torpaq sahəsində daxili və xarici divarları mişar daşı, özülü beton, dam örtüyü profnastil, 80 kv.m, üç otaqlı, birmərtəbəli fərdi yaşayış evi tikib təmirli təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 56000 manat müəyyənləşdirilmiş, həmin məbləğin 15000 manatı müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsilə cavabdehə təhvil verilmişdir. Cavabdeh isə müqavilə şərtlərinə əsasən fərdi yaşayış evini 11 iyun 2024-cü il tarixədək hazır edib iddiaçıya təhvil vermək barədə öhdəlik götürsə də, podratçı olaraq müqavilə şərtlərinə əməl etməyərək fərdi yaşayış evini müqavilədə nəzərdə tutulan vaxtda hazırlayıb təhvil verməmişdir. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi Abşeron rayonu 02 saylı notariat ofisində bağlanmış 11 mart 2024-cü il tarixli podrat müqaviləsi və həmin tarixli kassa qəbzi ilə cavabdehin iddiaçıya 15000 manat borclu olması halı məhkəmədə öz təsdiqini tapmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 15000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mir çıxarış İş № 2(055)-72/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 22 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 135 (bir yüz otuz beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-72/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-72/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver