Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-721/2023 14.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6300 manat pulun və ödənilmiş 83 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh anası X1 evini təmir edən zaman əri X7 işini bəyənmiş və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində aldıqları ümumi sahəsi 140 kv.m olan mənzili də Şəmsiyə təmir etdirmək qərarına gəlmişlər. xx.xx.2022-ci ildə tarixində Cavabdeh ilə 11700 manat, üstəgəl mənzilin divar və tavanını tikib bitirmək üçün maddi xərclər barədə razılığa gəlmişlər. Şəmsinin tələbinə əsasən sonuncuya ümumilikdə 6300 manat pul vermişlər. Lakin cavabdeh razılaşdıqları tarixdə təhvil veriləcək işləri yerinə yetirməmiş, işləri natamam və istifadəyə yarımçıq halda görmüşdür. Onlar da məcbur olub mənzili yenidən başqa ustalara təmir etdirmişlər. Dəfələrlə cavabdehdən verdikləri pulu tələb etsələr də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar Xətai RPİ-yə müraciət etmiş, cinayət işi başlanması rədd edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.Odur ki,göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyniməzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, qardaşı Namiq və iş yoldaşı Yasinlə birlikdə İddiaçı məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində yerləşən, ümumi sahəsi 140 kv.m olan mənzildə iş görmüşlər. Belə ki, görüləcək işlərlə bağlı danışıqlar iddiaçının qohumu Samir Murtuzayevlə aparılmış, sonuncu onlara mənzilə şpaklyovka, emusiya və alçipan vurulması ilə əlaqədar nə qədər pul alacaqlarını soruşmuş, o da zəhmət haqqının 9200 manat olcağını, materialların isə sifarişçi tərəfindən alınacağını bildirmişdir. Samir onun təklifi ilə razılaşmış, onlar da işə başlamışlar. Bu müddət ərzində evi binder markalı təmizləyici ilə yumuşlar, divarlara setka çəkmişlər, mayaklar vurulmuş, sonra isə şpaklyovka etmişlər, bəzi yerlərdə rəfləri düzəltmişlər və başqa işlər görmüşlər. Daha sonra digər şirkət tərəfindən havalandırma sistemi çəkilməyə başlanmış, bu səbəbdən onlar evdən çıxaraq havalandırma sisteminin çəkilməsini gözləmişlər. Havalandırma işləri qurtardıqdan sonra yenidən mənzilə gələrək iş görməyə başlamaq istəyəndə bu zaman iddiaçının əri Stefano mənzilə gəlib işi dayandırmağı tələb etmiş və işi bəyənmədiklərini bildirib verdikləri pulun qaytarılmasını istəmişdir. Onlar da işləri yarımçıq dayandırıb geri qayıtmışlar. Görülmüş işlərin lazımı keyfiyyətdə olmadığını və iddiaçıya ziyan dəydiyini qəbul edir. Lakin bu hal onlardan asılı olmayan səbəblərdən, yəni başqa şirkət tərəfindən havalandırma sisteminin çəkilməsini gözləməkləri ilə bağlı olmuşdur. İddiaçı tərəfindən isə ona 6300 manat pul verilməsi ilə razı deyil. Belə ki, ona 6300 manat deyil, cəmi 4200 manat pul verilmişdir. Həmin puldan 1000 manat Samir tərəfindən Badamdar qəsəbəsində yerləşən çay evində, 2400 manat Samir tərəfindən Badamdar qəsəbəsində, 500 manat Samir tərəfindən iş görülən mənzildə, 300 manat isə iddiaçı tərəfindən yenə də iş görülən mənzildə olmaqla, ümumilikdə 3200 manat pul verilmişdir.Verilən 4200 manat puldan 400 manatını işi tapdığı üçün Samirə vermişdir. Verilmiş 4200 manat pulun 3000 manatını zəhmət haqqı hesab edir. Çünki onların gördüyü işin təxminən 3000 manatlıq zəhmət haqqı olmuşdur. İş yarımçıq qaldığı üçün cəmi 1200 manat pulun qaytarılmasına razıdır. Odur ki, iddianın qeyd olunan formada təmin olunmasına etirazı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8-Bül Rafiq oğlu ifadəsində göstərdi ki, Cavabdeh usta kimi tanımışdır. Cavabdehə dəqiq xatırlamır, təxminən 1000 manat Badamdarda çay evində, yenə də 2400 manat Badamdarda, 500 manat isə iş gedən mənzildə pul vermişdir. Cavabdehin vasitəçiliyə görə ona 400 manat pul verməsi barədə dedikləri isə yalandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun doğma qızıdır. Cavabdeh əvvəlcə onun evində usta olaraq işləmişdir. İlk vaxtlar cavabdehin gördüyü işlər onun yaxşı usta olması təəssüratını yaratsa da, sonradan işlərin keyfiyyətsiz olması ortaya çıxmış, o da məcbur olub cavabdehin xidmətindən imtina etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Cavabdeh və X5 ilə İddiaçı evində birlikdə işləmişlər. Bu müddət ərzində evi binder markalı təmizləyici ilə yumuşlar, divarlara setka çəkmişlər, mayaklar vurulmuş, sonra isə şpaklyovka etmişlər, bəzi yerlərdə rəfləri düzəltmişlər və başqa işlər görmüşlər. Daha sonra digər şirkət tərəfindən havalandırma sistemi çəkilməyə başlanmış, bu səbəbdən onlar evdən çıxaraq havalandırma sisteminin çəkilməsini gözləmişlər. Havalandırma işləri qurtardıqdan sonra yenidən mənzilə gələrək iş görməyə başlamaq istəyəndə iddiaçı tərəf işi bəyənmədiklərini bildirib verdikləri pulun qaytarılmasını tələb etmişdir.Onlar da işləri yarımçıq dayandırıb geri qayıtmışlar.İddiaçı tərəfindən cəmi 4200 manat pul verilmişdir. Məhkəmə baxışı zamanı şahid X5 da digər şahid X4 ilə eyniməzmunlu ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Xətai RPİ-nin TŞ-nin 02 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. . Həmin Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765.1-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin yuxarıda göstərilən halları tərəflər arasında podrat münasibətlərinin yaranmasını təsdiq edir. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə əsas mübahisəli hal işlərin görülməsi üçün verilmiş pulun məbləği ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehə 6300 manat, cavabdeh isə 4200 manat pul verildiyini göstərir. Lakin pul məbləği ilə bağlı yazılı sübutlar olmadığından məhkəmə hesab edir ki, obyektiv nəticəyə gəlinməsi üçün tərəflərin izahatları və şahid ifadələri hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, iddiaçı tərəfin şahidi kimi dindirilmiş X8-Bül Rafiq oğlu ifadəsində nəinki iddiaçının göstərdiklərini təsdiq etmiş, əksinə, eynilə cavabdehin bildirdiyi kimi, müvafiq olaraq 2400,1000 və 500 manat olmaqla, cəmi 3900 manat Cavabdeh pul verdiyini göstərmiş, iddiaçı isə dəqiq olaraq nə vaxt, hansı məbləğdə cavabdehə pul verdiyini izah edə bilməmişdir. Cavabdeh isə dəqiq olaraq harada və nə qədər pul verilməsini inamlı və ziddiyyətsiz şəkildə göstərmişdir. Odur ki, məhkəmə verilmiş pulun məbələği ilə bağlı cavabdeh tərəfin göstərdiyi dəlilləri daha inandırıcı hesab edərək pul məbləğinin 4200 manat hissəsinin sübut olunduğu qənaətinə gəlir. Podratçı tərəfindən görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olması məsələsinə gəlincə, məhkəmə diqqətə çatdırır ki, cavabdeh özü də məhkəmə iclası zamanı verdiyi izahatında görülmüş işlərin lazımı keyfiyyətdə olmadığını və bu halın onlardan asılı olmayan səbəblərdən yaranmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Digər tərəfdən şahid qismində dindirilmiş X2 da ifadəsində cavabdehin əvvəlcə onun evində usta olaraq işlədiyini, ilk vaxtlar cavabdehin gördüyü işlər onun yaxşı usta olması təəssüratını yaratsa da, sonradan işlərin keyfiyyətsiz olmasının ortaya çıxdığını və bundan sonra məcbur olub cavabdehin xidmətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 4200 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 62 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 62 (altmış iki) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Əsli ilə düzdür Hakim: Mir çıxarış İş № 2(055)-721/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 sentyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 62 (altmış iki) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-721/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-721/2023
14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver