Məhkəmə qərarları › İş №2(055)-722/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-722/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-722/2023 26.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1123,14 manat əsas borcun və ödənilmiş 31,23 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddianı onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli N-3-xx.xx.2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24%-lə 2200 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə bağlanmış 13 fevral 2015-ci il tarixli N-3-xx.xx.2015 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc öhdəliyinin icrasına zamin durmuşdur. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı 1191,14 manat məbləğində əsas borcu tələb etmək hüququ 27 sentyabr 2017-ci il tarixli S-FK-SAT- 83 saylı təhvil-təslim aktı əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ötürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə 68 manat ödəniş etmiş, lakin iddiaçıya olan 1123,14 manat əsas borc ödənilməmiş qalmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək iddiaçıya olan borc ödənilməmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1123,14 manat əsas borcun və ödənilmiş 31,23 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X2 mülki işin 10 iyul 2023-cü il tarixdə keçirilən hazırlıq iclası zamanı məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2015-ci il tarixli 3-xx.xx.2015- SAT saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 24 ay müddətinə, illik 24% olmaqla 2200 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2015-ci il tarixli 3-xx.xx.2015- SAT saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə əsasında zamin Cavabdeh2 13 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsinə əsasən verilmiş 2200 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və.s. hesabına ödəməyi öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 fevral 2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2200 manat pulu qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 27 sentyabr 2017-ci il tarixli S- FK-SAT-83 saylı aktdan görünür ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 1191,14 manat məbləğində borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 aprel 2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh1 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 68 manat ödəniş etmiş, lakin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməmiş 1123,14 manat əsas borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 11 may 2022-ci il tarixli xəbərdarlıqdan və həmin xəbərdarlığın cavabdehlər tərəfindən qəbul edilməsi barədə xəbərnamələrdən görünür ki, iddiaçı Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1123,14 manat əsas borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 fevral 2015-ci il tarixli N-3-xx.xx.2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24%-lə 2200 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə bağlanmış 13 fevral 2015-ci il tarixli N-3-xx.xx.2015 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc öhdəliyinin icrasına zamin durmuşdur. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı 1191,14 manat məbləğində əsas borcu tələb etmək hüququ 27 sentyabr 2017-ci il tarixli S- FK-SAT-83 saylı təhvil-təslim aktı əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ötürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə 68 manat ödəniş etmiş, lakin iddiaçıya olan 1123,14 manat əsas borc ödənilməmiş qalmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərini pozaraq kredit üzrə öhdəliklərini yerinə yetirməmişlər və onların iddiaçıya olan 1123,14 manat borcu hazırkı vaxtadək ödənilməmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1123,14 manat əsas borcun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1123,14 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1123,14 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edimiş 20 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,23 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1123 (bir min bir yüz iyirmi üç) manat 14 (on dörd) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar