Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-723/2023 10.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat manat borcun və ödənilmiş 30.45 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25%-lə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc öhdəliyinin icrasına zamin durmuşdur. Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ 03 oktyabr 2017-ci il tarixli S-FK-SAT-117 saylı təhvil-təslim aktı əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ötürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borc ödənilməmiş qalmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək iddiaçıya olan borc ödənilməmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat manat borcun və ödənilmiş 30.45 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq iddiaçının qeyd olunan müqavilə öhdəliyi üzrə borcun ondan alınması ilə bağlı iddiasını iddia müddətini üzürsüz səbəbdən ötürməklə məhkəməyə verdiyini göstərmiş və iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 24 ay müddətinə, illik 25% olmaqla 2000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə əsasında zaminlər Cavabdeh2 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsinə əsasən verilmiş 2000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və.s. hesabına ödəməyi öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 03 oktyabr 2017-ci il tarixli S-FK-SAT-117 saylı aktdan görünür ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 may 2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməmiş 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borcu qalmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 27 may 2022-ci il tarixli xəbərdarlıqdan və həmin xəbərdarlığın cavabdehlər tərəfindən qəbul edilməsi barədə xəbərnamələrdən görünür ki, iddiaçı Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia müddəti keçdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 25%-lə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc öhdəliyinin icrasına zamin durmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən fərmanın icrası ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ 03 oktyabr 2017-ci il tarixli S-FK-SAT-117 saylı təhvil-təslim aktı əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ötürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borc ödənilməmiş qalmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək iddiaçıya olan borc ödənilməmişdir. İddiaçı həmin borcu cavabdehdən tələb etməkdə haqlıdır. Lakin, iddiaçı qeyd olunan müqavilə öhdəliyi üzrə borcun cavabdehdən alınması ilə bağlı iddiasını, iddia müddətini üzürsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, Cavabdeh1 isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçının 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 10 fevral 2017-ci ildən başlamış və iddiaçı müqavilə tələbləri üzrə iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borcun alınması tələbinə dair iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən 30.45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30.45 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borcun və ödənilmiş 30.45 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-723/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 10 avqust 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 10 fevral 2015-ci il tarixli 3-xx.xx.2015-SAT saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1044.72 manat əsas borc və 1 manat faiz borcu, cəmi 1045.72 manat borcun və ödənilmiş 30.45 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-723/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-723/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver