Məhkəmə qərarları › İş №2(055)-730/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-730/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-730/2023 08.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4484.92 manat pulun, 14.85 manat ödənilmiş dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində çalışmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 06 avqust 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh iddiaçı qarşısında dəymiş ziyana görə maddi məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 4484.92 manat pul vəsaitinin cavabdeh tərəfindən müəssisənin kassasına ödənilməməsi məlum olmuşdur. Bu barədə tərtib olunmuş akta cavabdeh tərəfindən imza edilmişdir. Dəfələrlə cavabdehə dəymiş ziyanı ödəməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh hal-hazıradək vurduğu ziyanı ödəməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixindən İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində çalışmışdır.Əsas işi iddiaçıya məxsus malların ayrı-ayrı dükanlara paylanması olmuşdur. xx.xx.2022-xx.xx.2022ci il tarixlərində fəaliyyəti yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 4484.92 manat pul vəsaitinin müəssisənin kassasına ödənilmədiyi məlum olmuş və barədə tərtib olunmuş akta da imza etmişdir. Lakin həmin mallar vaxtı çıxmış mallar olmuş və yararsız hala düşdüyündən dükanlar tərəfindən qəbul edilməmiş, o da həmin malları aparıb həyətinə yığımışdır. Hətta bu barədə şirkətin rəhbərliyinə da şifahi qaydada məlumat vermişdir. Lakin heç bir tədbir görülməmişdir. Dəymiş ziyanın məbləğinin 4484.92 manat olması ilə razı olsa da, iddianı 1484 manat hissədə qəbul edir. Çünki akt tərtib olunarkən dəymiş zərərin onun adınadan silinəcəyi deyildiyi üçün aldanıb akta imza etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2018-ci il tarixli əmək müaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən İddiaçı MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 avqust 2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Müqaviləyə əsasən İddiaçındə satış təmsilçisi işləyən Cavabdeh İddiaçı MMC tərəfindən ona etibar edilmiş əmlakın və maddi sərvətlərin salamatlılığının təmin olunması üçün tam məsuliyyəti, həmin müqavilə ilə ona etibar edilmiş əmlaka dəyən ziyana görə birbaşa məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixli, 258 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş, cavabdehin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən vurulmuş ziyan 4484.92 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakışərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194-cü maddəsində qeyd edilir ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin tam maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 200-ci maddəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə iş materiallarında olan sübutları məcmu halında nəzərdən keçirərək tələbin əsaslı olması qənaətinə gəlir. Belə ki, İddiaçı MMC iddia etdiyi zərər məbləğinin Cavabdeh qanunsuz hərəkətləri nəticəsində dəyən maddi zərər olmasını, onun qanunsuz hərəkətləri ilə maddi zərər arasında səbəbli əlaqənin olmasını, həmçinin cavabdehin təqsirini sübuta yetirə bilmişdir. Bu hal iş materialalrında olan və cavabdehin iştirakı və imzası ilə tərtib edilmiş aktla bir daha təsdiq olunur. Cavabdeh isə malların vaxtı çıxmış olması səbəbilə yararsız hala düşdüyünü, bu səbəbədən də dükanlar tərəfindən qəbul edilədiyindən malları həyətinə yığdığını, tərtib olunmuş akta aldanıb imza etdiyini bildirsə də, bu halları əsaslandıra bilməmiş, hər hansı dəlil təqdim edə bilməmişdir. Odur ki, məhkəmə cavabdehin göstərdiyi dəlilləri tələbdən yayınmaq üçün özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 4484.92 manat pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 14.85 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 14.85 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 4484.92(dörd min dörd yüz səksən dörd) manat 92(doxsan iki) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Cavabdeh ödənilmiş 14.85 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 64 (altmış dörd) manat 85 (səksən beş) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. i ilə düzdür Hakim: İş № 2(055)-730/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 08 sentyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 4484.92(dörd min dörd yüz səksən dörd) manat 92(doxsan iki) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Cavabdeh ödənilmiş 14.85 manat dövlət rüsumu və 50 manat mediasiya xərci, cəmi 64 (altmış dörd) manat 85 (səksən beş) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar