Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-732/2023 28.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2236.83 manat əsas borcun, 366.80 manat cərimə borcunun və 46 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2649.63 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı “MKT-Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə 01 dekabr 2021-ci il tarixli, 22281300 saylı xam pambığın alqısatqı müqaviləsinə əsasən cavabdeh 3.3 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 4699.58 manat dəyərində vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Belə ki, cavabdeh qismən borcunu ödəmiş, lakin son nəticədə avans vəsaitə görə iddiaçıya 2236.83 manat borcu qalmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə 0.1% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 366.80 manat təşkil edir. Ona görə də Cavabdeh 2236.83 manat əsas borcun, 366.80 manat cərimənin və 46 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2649.63 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 dekabr 2021-ci il tarixli, 22281300 saylı müqavilədən görünür ki, İddiaçı “MKT- Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə xam pambığın alqısatqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 3.3 hektar torpaq sahəsində pambıq əkib becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin “MKT-Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli, 22281300 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh ümumilikdə 4699.58 manat borcu olmuşdur. Cavabdeh ödənişlər etdikdən sonra İddiaçınə 2236.83 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı “MKT-Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 2022-ci il mövsümü üzrə 01 dekabr 2021-ci il tarixli, 22281300 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3.3 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 4699.58 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Belə ki, cavabdeh qismən borcunu ödəmiş, lakin son nəticədə avans vəsaitə görə iddiaçıya 2236.83 manat borcu qalmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə 0.1% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 366.80 manat təşkil edir. Ona görə də İddiaçı Cavabdeh 2236.83 manat əsas borcun, 366.80 manat cərimənin alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MMC Cavabdeh 2236.83 manat əsas borc və 366.80 manat cərimə borcunun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 366.80 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 220 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 2236.83 manat əsas borc, 220 manat cərimə (dəbbə pulu), cəmi 2456.83 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2236.83 manat əsas borc, 220 manat dəbbə pulu, cəmi 2456 (iki min dörd yüz əlli altı) manat 83 (səksən üç) qəpik tutularaq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-732/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-732/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver