Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-734/2023 21.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2177,60 manat əsas borcun, 357,10 manat cərimənin və 45,35 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2580,05 manat pulun alınaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında bağlanmış 22 281 635 saylı 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2,8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə avans olaraq 3285,37 manat dəyərində zəruri ləvazimatlar verilmiş və xidmətlər göstərilmişdir. Müqaviləyə əsasən cavabdehin götürdüyü avansın dəyəri müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalı idi. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh 554,30 manat dəyərində 692,88 kq xam pambıq təhvil vermiş, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Nəticədə, cavabdehin avans vəsaitə görə iddiaçıya 2177,60 manat borcu qalmışdır. Cavabdehin borclu qalması, xam pambığın tədarükünü həyata keçirən “MKT- Saatlı” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri- qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0.1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 357,10 manat təşkil edir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 2177,60 manat əsas borcun, 357,10 manat cərimənin və 45,35 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2580,05 manat pulun alınaraq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 22 dekabr 2021-ci il tarixli 22 281 635 saylı müqavilədən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 2,80 hektar torpaq sahəsində pambıq əkibbecərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla məhsul əldə etməklə istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İşdə olan 28 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə 2177,60 manat əsas borcu və 357,10 manat cərimə borcu vardır. İşdə olan 06 oktyabr 2022-ci il tarixli pambıq qəbulu qəbzindən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə 554,30 manat dəyərində 692,90 kq pambıq təhvil vermişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 24 fevral 2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialından cavabdehə pretenziya məktubu göndərilmiş və həmin pretenziyada cavabdehə avans olaraq vəsait verilməsi, cavabdehin 2,80 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə 7 ton xam pambıq məhsulunu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürməsi, cavabdehin lazımi qaydada götürdüyü öhdəliyi yerinə yetirməməsinin nəticəsində iddiaçıya 2177,60 manat borcunun qalması göstərilmiş və həmin borcun 10 gün müddətində ödənilməsi cavabdehdən tələb olunmuşdur. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin «MKT-Saatlı» filialı ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, 22 281 635 saylı müqaviləyə əsasən cavabdeh 23 hektar sahədə pambıq əkib-becərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürsə də, cəmi 554,30 manat dəyərində 692,90 kq xam pambıq təhvil vermiş, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Bununla da, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə iddiaçıya 2177,60 manat borcu qalmışdır. İddiaçı həmin borca görə 357,10 manat cərimə hesablamışdır. Hal-hazırda iddiaçı 2177,60 manat əsas borcun, 357,10 manat cərimənin Cavabdeh alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh 2177,60 manat əsas borcu, 357,10 manat cərimə, cəmi 2534,70 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Cavabdeh tələb olunan 357,10 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 200 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 2177,60 manat əsas borc, 200 manat cərimə (dəbbə pulu), cəmi 2377,60 manat tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 04 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən 45,35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən ödənilmiş 45,35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərinlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2177,60 manat əsas borc, 200 manat dəbbə pulu, cəmi 2377 (iki min üç yüz yemiş yeddi) manat 60 (altmış) qəpik tutularaq İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45 (qırx beş) manat 35 (otuz beş) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-734/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-734/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver