Məhkəmə qərarları › İş №2(055)-737/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-737/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-737/2023 28.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, faizlərin və zərərin ödənilməsi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsinə əsasən 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimə, cəmi 1338,81 manat borcun və 33,39 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli HMS-376-0186-22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 32,04% dərəcəsi ilə 1100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyi üçün 10 may 2023-cü il tarixə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimə, cəmi 1338,81 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də Cavabdeh ilə aralarında bağlanmış 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsinə əsasən 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimənin, cəmi 1338,81 manat borcun və ödənilmiş 33,39 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 may 2022-ci il tarixli HMS-376-0186-22 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqavilədən görünür ki, bu müqavilə illik 32,04% olmaqla 12 ay müddətinə 1100 manat məbləğində kreditin verilməsi ilə əlaqədar Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 may 2023-cü il tarixli, 02-05 saylı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın (cərimənin) hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 17 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimə, cəmi 1338,81 manat borcu vardır. İşdə olan 28 mart 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 17 may 2022ci il tarixli HMS-376-0186-22 saylı müqavilə üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli HMS-376-0186-22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 32,04% dərəcəsi ilə 1100 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirmədiyi üçün 10 may 2023-cü il tarixə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimə, cəmi 1338,81 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsinə əsasən 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimənin, cəmi 1338,81 manat borcun cavabdehdən alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsinə əsasən 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 643,48 manat cərimənin, cəmi 1338,81 manat borcun cavabdehdən alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı müqavilə üzrə tələb olunan 643,48 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsinə əasən Cavabdeh 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 100 manat cərimə, cəmi 795,33 manat alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 01 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 33,39 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 17 may 2022-ci il tarixli, HMS-376-0186-22 saylı kredit müqaviləsi üzrə 660,64 manat əsas borc, 34,69 manat faiz borcu, 100 manat cərimə, cəmi 795 (yeddi yüz doxsan beş) manat 33 (otuz üç) qəpik alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar