Məhkəmə qərarları › İş №2(055)-747/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-747/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-747/2023 19.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı «X1» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1221.62 manat əsas, 341.60 manat faiz və 18.96 manat cərimə olmaqla, ümumilikdə 1582.18 manat borcun və ödənilmiş 36.23 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Sadalanan prosessual normaların müqayisəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmədə iddia qaldırılarkən fiziki şəxsin cavabdeh statusuna malik olması üçün, onun həyatda olması və prosessual fəaliyyət qabiliyyətinə malik olması mütləqdir. Heç də təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 134 və 168.1-ci maddələri işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsinin və ona əlavə edlilmiş sənədlərin rəsmi qaydada verilməsinin təmin olunmasını bir vəzifə kimi məhkəmənin üzərinə qoymuşdur. Bundan başqa prosessual qanunvericilikdə hüquq varisliyinə o zaman yol verilir ki, iş məhkəmənin icraatında olan zaman tərəflərdən biri sıradan çıxsın (şəxs ölsün). “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Yəni Cavabdeh iddianın məhkəməyə verilməsindən əvvəl oldüyündən o, fiziki şəxs kimi iş üzrə tərəf sayıla bilməzdi. Başqa sözlə, ölmüş şəxsə qarşı iddia verilə bilməz, ölmüş şəxs cavabdeh ola bilməz Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh məhkəməyə iddia verilməsindən əvvəl öldüyündən, ölmüş şəxsə qarşı qaldırılmış iddiaya isə məhkəmədə baxılmalı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı «X1» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən yolverilməzliyə görə imtina olunsun. İddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 36 (otuz altı) manat 23(iyirmi üç) qəpik dövlət rüsumu dövlət büdcəsindən iddiaçı «X1» ASC-yə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar