Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-76/2024 10.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4741 manat əsas borc, 759.2 manat faiz borcu, 26,69 manat cərimə borcu, cəmi 5526,89 manat borcun, ödənilmiş 75,27 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə ödəmək şərti ilə illik 25% dərəcəsi ilə 4741 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmış və nəticədə onun banka 31 oktyabr 2023-cü il tarixə 10 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4741 manat əsas borcu, 759.2 manat faiz borcu, 26,69 manat cərimə borcu, cəmi 5526,89 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də Cavabdeh 4741 manat əsas borcun, 759.2 manat faiz borcunun, 26,69 manat cərimənin, cəmi 5526,89 manat borcun və ödənilmiş 75,27 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 mart 2023-cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə illik 25% dərəcəsi ilə 10 fevral 2028-ci il tarixədək ödəmək şərti ilə 4741 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş 31 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 10 mart 2023-cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə 31 oktyabr 2023-cü il tarixə 4741 manat əsas borcu, 759.2 manat faiz borcu, 26,69 manat cərimə borcu, cəmi 5526,89 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edimiş 17 avqust 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh yaşadığı ünvana bildiriş göndərərək 10 mart 2023-cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsi üzrə 17 avqust 2023-cü il tarixə olan 4741 manat əsas borcun, 514,8 manat faiz borcun, 5,63 manat cərimənin, cəmi 5261,43 manat pulun iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə qaytarılmasını tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 24 noyabr 2027-ci il tarixədək ödəmək şərti ilə illik 25% dərəcəsi ilə 4741 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti isə Cavabdeh 31 oktyabr 2023-cü il tarixə olan 4741 manat əsas borcu, 759.2 manat faiz borcu, 26,69 manat cərimə borcu, cəmi 5526,89 manat borcun tutulmasını tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, 10 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə 17 avqust 2023-cü il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh kredit müqaviləsi üzrə 17 avqust 2023-cü il tarixə olan 4741 manat əsas borcu, 514,8 manat faiz borcu, 5,63 manat cərimə borcu, cəmi 5261,43 manat borcun qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif edilmişdir. Buradan görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı faiz borcunun hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 17 avqust 2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti 10 mart 2023cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsi üzrə 4741 manat əsas borcun, 514,8 manat faiz borcunun, 5,63 manat cərimənin, cəmi 5261,43 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 10 mart 2023-cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4741 manat əsas borc, 514,8 manat faiz borcu, 5,63 manat cərimə, cəmi 5261,43 manat alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 31 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 75,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 75,27 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10 mart 2023-cü il tarixli, 94nkİSNH/23 saylı kredit müqaviləsi üzrə 4741 manat əsas borc, 514,8 manat faiz borcu, 5,63 manat cərimə, cəmi 5261 (beş min iki yüz altımış bir) manat 43 (qırx üç) qəpik alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-76/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-76/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver