Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-77/2023 07.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Electrolux markalı paltaryuyan maşın və Samsung Galaxy A51 markalı mobil telefon üçün 581 manat əsas borcun, 58 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı mobil telefon üçün 439.40 manat əsas borcun, 43.60 manat cərimə borcunun, hər iki müqavilə üzrə cəmi 1122 manat borcun və ödənilmiş 31.22 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə Electrolux markalı paltaryuyan maşın və Samsung Galaxy A51 markalı mobil telefon, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən isə cavabdehə Samsung Galaxy A12 markalı mobil telefon verilmişdir. Lakin Cavabdeh qeyd olunan müqavilələr üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun tam ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1122 manat borcunu ödəməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Electrolux markalı paltaryuyan maşın və Samsung Galaxy A51 markalı mobil telefon üçün 581 manat əsas borcun, 58 manat cərimə borcunun, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı mobil telefon üçün 439.40 manat əsas borcun, 43.60 manat cərimə borcunun, hər iki müqavilə üzrə cəmi 1122 manat borcun və ödənilmiş 31.22 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında işə baxılaraq iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən etiraf edərək bildirdi ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx"dan Electrolux markalı paltaryuyan maşın və Samsung Galaxy A51 markalı mobil telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə Samsung Galaxy A12 markalı mobil telefon nisyə alqısatqı müqaviləsi əsasında almışdır. "xxxx" MMC-nin əməkdaşları tərəfindən Electrolux markalı paltaryuyan maşın onun yaşadığı ünvana gətirilmiş və quraşdırılmışdır. Paltaryuyan maşın təxminən 10 dəqiqə işlədikdən sonra nasazlıq baş vermiş və işləməmişdir. Buna görə də paltaryuyan maşını avtomobilə qoyaraq "xxxx" MMC-yə məxsus mağazaya getmiş və bu barədə mağaza əməkdaşlarına bildirmişdir. Mağazada olan əməkdaşlar paltaryuyan maşını evinə aparmasını və MMC-nin həmin sahə üzrə əməkdaşlarının nasazlıq olub-olmamasını yoxlamaq üçün gələcəklərini bildirmişlər. Daha sonra həmin sahə üzrə əməkdaşlar paltaryuyan maşının texniki nasazlığı ilə bağlı əşyaya baxış keçirdikdən sonra əşyanı "xxxx" MMC-yə məxsus mağazaya aparmışdır. Bu zaman paltaryuyan maşın üçün ödədiyi ilkin ödəniş MMC tərəfindən ona qaytarılmış və paltaryuyan maşının onun adından silinməsi ona bildirilmişdir. Buna görə də iddianın qeyd edilən formada təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə 18 ay müddətinə, aylıq 81.50 manat ödəmək şərti ilə alqısatqıqiyməti 1517 manat olan məhsulun alınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə 12 ay müddətinə, aylıq 38.70 manat ödəmək şərti ilə alqısatqıqiyməti 514.40 manat olan məhsulun alınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumlikdə 1122 manat əsas borcu, 101.60 manat isə cərimə borcu təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş iddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri X1 Cavabdeh ünvanlamış olduğu 26 oktyabr 2022-ci il tarixli məktubunda cavabdehin razılığı əsasında “Electrolux” markalı paltaryuyan maşının geri qaytarıldığı, xx.xx.2021-ci il tarixində həmin məişət əşyasının 752 manat dəyərində qiymətləndirildiyi və cavabdehin ümumi borcundan silindiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə Electrolux markalı paltaryuyan maşın və Samsung Galaxy A51 markalı mobil telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə cavabdehə Samsung Galaxy A12 markalı mobil telefon verilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilələrə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 1122 manat borcunu ödəməmişdir və hazırda iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 1122 manat borcunu tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh hər iki müqavilə üzrə olan ümumilikdə 1122 manat pulunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2112.25 manat əsas borc, 217.95 manat faiz borcu, 35 manat cərimə borcu, cəmi 2365.20 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 31.22 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 129.61 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2112.25 manat əsas borc, 217.95 manat faiz borcu, 35 manat cərimə borcu, cəmi 2365.20 manat borc və ödənilmiş 31.22 manat dövlət rüsumu, ümumilikdə 2411 (iki min dörd yüz on bir) manat 75 (yetmiş beş) qəpik pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-77/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-77/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver