Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-77/2024 11.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İlkin iddia üzrə və qarşılıqlı iddia üzrə pul tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4511 manat pulun və 65 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ondan tələb etdiyi 4511 manat pulu ona olan borcundan çıxaraq qalan 2729 manat pulun, 92 manat dövlət rüsumunun, cəmi 2821 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında göstərdi ki, 2013-cü ildə Saatlı rayonu Heydərabad kənd sakini Cavabdeh ilə 160 hektar torpaq sahəsində şərikli (xeyir və ziyan aralarında tam bölünməklə) pambıq əkmişlər və əkdikləri pambığa görə alqı-satqı müqaviləsi “MKT- Saatlı” filialı ilə onun arasında bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq “MKT- Saatlı” filialı tərəfindən ona 116413 manat avans verilmişdir. Əkdikləri pambığa aqrotexniki qaydalara uyğun olaraq qulluq olunaraq tam çıxış alınsa da, su çatışmamazlığı səbəbindən məhsuldarlıqları aşağı olmuş və nəticədə filiala 30422,51 manat borcları yaranmışdır. Həmin borcun 13511,25 manatı Cavabdeh ilə şərik olduğundan onun üzərinə düşmüşdür. Cavabdeh isə bu günə kimi filiala olan 13511,25 manat borcdan 9000 manatını ödəyərək 4511 manat borclu qalmışdır. Dəfələrlə Cavabdeh 4511 manatı tələb etsə də, Sabir müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Yaranmış borcla bağlı həm o, həm də Cavabdeh “MKT-Saatlı” filialının direktoru Çingiz Gözəlova ərizələr də yazmışlar. Cavabdeh filiala olan borcu ödəmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4511 manat pulun və 65 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmçinin izahatında göstərdi ki, qarşılıqlı iddianı qəbul etmir. İlkin iddia üzrə Cavabdeh oğlu Şahid1 onun sahəsində işləməsini görməmişdir. Traktor işlərinin pulunu isə zavoddan alıb Cavabdeh vermişdir. O, bütün xərcləri ödəmişdir. Özünün zavoda 1500 manat borcu qalmış, Cavabdeh isə zavoda 4511 manat borcu qalmışdır. Məhkəmə baxışı iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərdi ki, həqiqətən də İddiaçı ilə 2013-cü ildə 160 hektar torpaq sahəsinə şərikli pambıq bitkisi əkmişlər. Əkdikləri pambığa görə İddiaçıla “MKT-Saatlı” filialı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Əkdikləri pambıq bitkisinə aqrotexniki qaydada qulluq edərək çıxış əldə etsələr də, sonradan su çatışmamazlığı səbəbindən yaxşı məhsul götürə bilməmişlər və nəticədə filiala 30422,51 manat borcları yaranmışdır. Həmin borcun 13511,25 manatı Ağasəflə aralarında olan hesablaşmaya görə onun üzərinə düşmüşdür. Hal-hazıra kimi də həmin məbləğdən 9000 manatını Ağasəfin adından “MKT-Saatlı” filialına ödəmişdir. Bu halı Ağasəf özü də təsdiq etmişdir. Bildirir ki, 160 hektar əkin sahəsinin hər hektarını 10 manata (160 hektar x 10 manat=1600 manat) traktorla əkmişlər. Həmin traktor onun özünün olsa da, əkin işlərini oğlu Şahid1 həyata keçirmişdir. Bundan başqa, əkdikləri 160 hektar pambıq sahəsinə beş dəfə hər hektarı 12 manat olmaqla (160 hektar x 12 manat=1920 manat x 5 dəfə =9600 manat) oğlu Mübariz becərmə işi aparmışdır. İddiaçı onun həyətindən bir kisəsi 12 manat olmaqla 95 kisə azot meneral gübrəsi aparmış və 200 və 300 manat olmaqla iki dəfəyə 500 manat borc pul almışdır. Beləliklə, əkdikləri 160 hektar pambıq bitkisinə görə Ağasəf ona 11.200 manat, azota görə 1140 manat və nəqd pula görə 500 manat olmaqla, cəmi 12.840 manat borclu qalmışdır. Qeyd etdiyi 11.200 manatın şərik olduqlarına görə yarısını, yəni 5600 manatını Ağasəf ona verməlidir. Ümumilikdə Ağasəf ona 5600+1140+500=7240 manat pul verməlidir. Hazırda isə qeyd edilən məbləğdən, yəni 7240 manatdan Ağasəfin ondan tələb etdiyi 4511 manatı çıxdıqda (7240 manat-4511 manat=2729 manat) Ağasəf ona 2729 manat borclu qalır. Dəfələrlə tələb etməsinə baxmayaraq Ağasəf ona olan borcunu halhazıra kimi ödəməmişdir. İddiaçı ona qarşı ilkin iddiası əsassızdır. İddiaçı ona olan 7240 manat borcunu ödədiyi halda, o da zavoda olan 4511 manat borcu ödəyəcəkdir. Ona görə də ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı ondan tələb etdiyi 4511 manat pulu ona olan borcundan çıxaraq qalan 2729 manat pulun, 92 manat dövlət rüsumunun, cəmi 2821 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin regional hüquqşünasıdır və borcların alınması, icra işləri ilə məşğul olur. Qeyd edilən zavodla İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı zavoda ümumilikdə 30422,51 manat borcu qalmışdr. O, İddiaçı borcunun ödənilməsi, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. İddiaçı isə torpağı Cavabdehla şərikli qaydada əkdiklərini bildirmişdir. Buna görə də o, İddiaçı və Cavabdeh zavodun direktorunun yanına çağırmışdır. Cavabdeh ona borc pulu ikisi arasında bölərək hesablamasını demiş, o da bölmüş və hər birinə 15211 manat borc məbləği düşmüşdür. Lakin Sabir dava salmış və İddiaçıla aralarında şəxsi haqqhesab olduğunu, Ağasəfin ona 1700 manat borcu olduğunu bildirərək 13511 manat pul verəcəyinə söz vermişdir. O, Sabirlə Ağasəfin arasında olan haqq-hesabın nə olduğunu bilməmiş, lakin Sabirin dediyi kimi, ona düşən borc məbləğindən 1700 manat çıxmışdır. Cavabdeh latınca yazıb-oxumağı bacarmadığından göstərilənlərlə, yəni onun Ağasəflə şərikli qaydada torpağı əkib-becərməsi, Ağasəfin zavoddan aldığı vəsaitdən 30422,51 manat borcu qalması və həmin borcun öz öhdəsinə düşən 13511 manat hissəsini ödəyəcəyi ilə bağlı onun dedikləri əsasında ərizə yazmağını istəmişdir. O da Sabirin dedikləri əsasında 09 mart 2017-ci il tarixli ərizəni yazmışdır. Həmin razılıqdan sonra onlar yenə də pulu ödəməmiş, o, Sabirlə görüşüb pulu tələb etdikdən sonra Sabir və Ağasəf hər ikisi 5000 manat ödəniş etmişlər. Cavabdeh oğlu Şahid1 həmin dövrdən zavodda işləyir və onun idarə etdiyi traktor zavodun traktorudur. Həmin sahəni zavodun işçisi kimi şumlamış və buna görə zavoddan maaş almışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh oğludur. O, özünə məxsus olan “MTZ-80” adlı şəxsi trakoru ilə qeyd edilən 160 ha sahədə 5 dəfə şumlama işi görmüşdür. Həmin sahədə əkilib-becərilmə, səpin, kultivasiya işləri görmüşdür. Mövsümün sonunda Cavabdeh və İddiaçı ona gördüyü işlərin müqabilində pulunu ödəməli olduqları halda və dəfələrlə tələb etməsinə baxmayaraq, onun pulunu ödəməmişlər. Bu yaxınlarda atası Cavabdeh onun pulunu ödəmişdir. O, 2014-cü ildə zavodun işçisi olmamışdır. 2016-cı ildə zavoda iş üçün getmişdir. Onun 160 ha sahədə gördüyü işlərin əziyyəti zavoda deyil, ona aiddir. O, həmin işləri öz traktoru ilə görmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 sentyabr 2013-cü il tarixli 2013-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 14 281 002 saylı müqavilədən görünür ki, bu müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən xam pambığın istehsalçısı (təsərrüfat) 160 ha sahədə pambıq əkir və hər hektardan minumum 20 sentner olmaqla, istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və qüvvədə ola “Xam pambığın yığılması və tədarükü üzrə təlimat”ın tələblərinə əsasən Azərbaycan Elmi Tədqiqat X1 Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və tədarükçüdə saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə “Alıcı”nın mülkiyyətinə təhvil verir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 fevral 2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı “MKT-Saatlı” filialının direktoru Çingiz Gözəlova ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə şərikli qaydada 160 ha sahədə xam pambıq əkibbecərilməsi ilə bağlı razılaşmış, bununla əlaqədar olaraq öz adına “MKT-Saatlı” filialı ilə xam pambığın alqı-satqısına dair müqavilə bağlamış və ona avans vəsait verilmişdir. Lakin əkin sahəsində məhsuldarlıq aşağı düşmüş, nəticədə onların “MKT-Saatlı” filialına ümumilikdə 30422,51 manat borcları yaranmışdır. Həmin borcun 15211,25 manat hissəsinin ödənilməsi şəriki Cavabdeh öhdəsinə düşür. Buna görə də həmin pulun onun tərəfindən ödənilməsi lazım olduğunu, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 mart 2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh “MKT-Saatlı” filialının direktoru Çingiz Gözəlova ərizə ilə müraciət edərək bildirmişdir ki, 2014-cü ildə İddiaçı ilə şərikli qaydada 160 ha sahədə pambıq əkməyə başlamışlar. İddiaçı “MKT-Saatlı” filialı ilə xam pambığın alqı-satqısına dair müqavilə bağlamış və İddiaçı avans vəsait verilmişdir. Lakin əkin sahəsində məhsuldarlıq aşağı düşdüyündən onların “MKT-Saatlı” filialına ümumilikdə 30422,51 manat borcları yaranmışdır. O, şəriki İddiaçıla olan şəxsi haqq-hesabını nəzərə alaraq həmin borcun 13511 manat hissəsini ödəməyi öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 sentyabr 2013-cü il tarixli 2013-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 14 281 002 saylı müqavilə üzrə görülmüş işlər və avans verilmiş vəsaitlə bağlı cədvəldən görünür ki, “MKT-Saatlı” filialı ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumilikdə 133832,17 manat məbləğində avans vəsait verilmiş, işlər görülmüş və xidmət göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 2014-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 14 281 002 saylı müqavilə üzrə 04 mart 2022-ci il tarixli əlavə razışlaşmadan görünür ki, İddiaçı (təsərrüfat) qəbul edir ki, “MKT-Saatlı” filialına (alıcı) qarşı 14 821 002 saylı 10 sentyabr 2013-cü il tarixli xam pambığın alqı-satqısına dair müqavilə üzrə 10922,51 manat əsas və 142 manat rüsum borcu olmaqla, ümumilikdə 11064,51 manat borcu mövcuddur. İddiaçı 2022-ci il ərzində “MKT-Saatlı” filialına qarşı ümumi borcdan 6000 manat, 2023-cü il ərzində isə qalan 5064,51 manat borcunu tam şəkildə ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə “MKT-Saatlı” filialı arasında 2014-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair 10 sentyabr 2013-cü il tarixli 14 821 002 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 160 ha sahədə pambıq əkməyi və hər hektardan minimum 20 sentner olmaqla, istehsal etdiyi xam pambığı “MKT-Saatlı” filialının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə razılaşaraq həmin 160 ha sahədə birlikdə xam pambıq əkmək və götürəcəkləri qazancı, həmçinin ziyan məbləğini aralarında bölmək barəsində şifahi qaydada razılaşsalar da, 2017-ci ilədək bu razılığa əməl edilməmiş, İddiaçı 01 fevral 2017-ci il tarixdə ərizə ilə “MKT-Saatlı” filialının direktoru Çingiz Gözəlova müraciət edərək Cavabdeh ilə şərikli qaydada 160 ha sahədə xam pambıq əkib-becərilməsi ilə bağlı razılaşdıqlarını, bununla əlaqədar olaraq öz adına “MKT-Saatlı” filialı ilə xam pambığın alqı-satqısına dair müqavilə bağladığını və ona avans vəsait verildiyini, lakin əkin sahəsində məhsuldarlıq aşağı düşdüyündən onların “MKT-Saatlı” filialına ümumilikdə 30422,51 manat borcları yarandığını, həmin borcun 15211,25 manat hissəsinin ödənilməsinin şəriki Cavabdeh öhdəsinə düşdüyünü, buna görə də həmin pulun onun tərəfindən ödənilməsi lazım olduğunu, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. İddiaçı 2017-ci ildə Cavabdeh “MKT-Saatlı” filialının direktoru Çingiz Gözəlova ünvanladığı ərizəni sübut kimi məhkəməyə təqdim edərək həmin sənəddə Cavabdeh 2014-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair bağlanmış 10 sentyabr 2013-cü il tarixli 14 821 002 saylı müqavilə üzrə yaranmış borcun öhdəsinə düşən hissəsini ödəyəcəyi ilə bağlı öhdəlik götürdüyünü bildirmişdir. Lakin həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı qarşısında deyil, “MKT-Saatlı” filialı qarşısında 10 sentyabr 2013-cü il tarixli 14 821 002 saylı müqavilə üzrə yaranmış borcun üzərinə düşən hissəsini ödəməklə bağlı öhdəlik götürmüşdür. Buradan da görünür ki, həmin müqavilə üzrə yaranmış borcun Cavabdeh tələb edilməsi barədə hüquq İddiaçı aid deyil və İddiaçı həmin borcu Cavabdeh tələb etməsinin heç bir hüquqi əsas yoxdur. Odur ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddiası əsassız olduğundan təmin edilə bilməz. Həmçinin məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh qarşılıqlı iddiada İddiaçı ilə əkdikləri 160 hektar pambıq sahəsində ona məxsus traktorla oğlu tərəfindən ümumilikdə 9600 manat dəyərində işlər görüldüyünü, həmçinin İddiaçı ondan ümumilikdə 1140 manat dəyərində azot götürdüyünü və 500 manat borc pul aldığını bildirmiş, qeyd etdiyi 11,200 manat pulun şərik olduqlarına görə yarısını, yəni 5600 manat hissəsini, ümumilikdə isə görülən işlərə görə 5600 manat, azota görə 1140 manat və borc aldığı 500 manat pula görə, İddiaçı ona cəmi 7240 manat pul verməli olduğunu, həmin pul məbləğindən də Ağasəfin ondan tələb etdiyi 4511 manatı çıxdıqda İddiaçı ona 2729 manat borcu qaldığını bildirmiş və həmin pulu ondan tələb etmişdir. Lakin Cavabdeh 09 mart 2017-ci il tarixli ərizəsində İddiaçı ilə “MKT-Saatlı” filialı arasında 2014-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair bağlanmış 10 sentyabr 2013-cü il tarixli 14 821 002 saylı müqavilə üzrə yaranmış borcun onun üzərinə düşən 13511 manat hissəsini ödəməyi öhdəsinə götürdüyünü bildirməsinə baxmayaraq, həmin ərizədə hazırkı məhkəmə iclasında göstərdiklərini, yəni İddiaçı ona 7240 manat borcu qaldığını və həmin pulu İddiaçı tələb etdiyini qeyd etməmiş, yalnız İddiaçı məhkəmədə ona qarşı iddia qaldırdıqdan sonra həmin pulu ondan tələb etmişdir. Məhkəmə hesab edir ki, bu hal, yəni cavabdehin 2017-ci il tarixdən bu vaxta qədər borcu İddiaçı tələb etməməsi və yalnız İddiaçı ona qarşı iddia qaldırdıqdan sonra həmin borcu ondan tələb etməsi ağlabatan deyildir və özü-özülüyündə Cavabdeh tələbinin doğruluğunu şübhə altına alır. Odur ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılqılı iddiası əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4511 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan tələb etdiyi 4511 manat pulu ona olan borcundan çıxaraq qalan 2729 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 22 noyabr 2023-cü il tarixli ödəniş qəbzindən və 11 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 66 manat dövlət rüsumu və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 92 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia üzrə tələblər təmin olunmadığından məhkəmədə iddia qaldırmaq üçün ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumu İddiaçı və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4511 manat pulun alınaraq ona verilməsi barədə ilkin iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ondan tələb etdiyi 4511 manat pulu ona olan borcundan çıxaraq qalan 2729 manat pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün Cavabdeh tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-77/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-77/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver