Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-770/2024 30.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X13 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 21700 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək cavabdeh X10 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmiş və əsl olmayan cavabdeh X16 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə uzun müddət yaxın münasibətləri olmuşdur. Belə ki, həm o, həm də cavabdeh ünvan 1 ünvanda yerləşən “Heydər” parkı adlanan parkın ərazisində çay evi işlətmişlər. Onun obyektinin adı “Çay sarayı”, Şöhrətin obyektinin adı isə “Avand” olmuşdur. Həmin çay evləri bir-birinə yaxın olmuşdur.xx.xx.2023-cü il tarixdə Şöhrətin obyektində sonuncu ilə görüşmüş və onun idarə etdiyi “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Avtomobilin alqı-satqısı illə bağlı yekun olaraq 21700 manat müqabilində razılıq əldə edilmişdir. İkisi birlikdə olanda əvvəlcə Şöhrətə 13000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə isə qalan 8700 manatı özünün işlətdiyi kafedə Şöhrətə vermişdir. Bu zaman qardaşı Mübariz və işçiləri Qismət və Gülşən də orada olmuşdur. Daha sonra avtomobilin mülkiyyətçisi cavabdeh Şöhrətin tapşırığı ilə onun adına nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə avtomobili sənədləşdirmək istədikdə etibarnamənin ləğv olunduğu məlum olmuşdur. Bundan sonra Şöhrətlə əlaqə saxlamaq istəsə də, nəticə olmamışdır. Məlum olmuşdur ki, Şöhrətin təzyiqi nəticəsində avtomobilin mülkiyyətçisi Qəşəm etibarnaməni ləğv elətdirmişdir. Bundan sonra Şöhrətlə aralarında problem yaranmış, sonuncunun müraciəti əsasında onun barəsində Nizami RPİ-də cinayət işi başlanmış, daha sonra isə həmin cinayət işi üzrə icraata xitam verilmişdir.Cavabdeh1 hal-hazıradək avtomobilə görə verilmiş 21700 manat pulu qaytarmaqdan imtina edir. Ona görə məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması haqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2016-cı ildən tanımaqla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Həm o, həm də cavabdeh ünvan 1 ünvanda yerləşən “Heydər” parkı adlanan parkın ərazisində çay evi işlətmişlər. Onun obyektinin adı “Avand” Farizin obyektinin adı isə “Çay sarayı”olmuşdur. Çay evləri biri-birinə yaxın məsafədə yerləşir. Fariz söhbət əsnasında işlətdiyi çay evini 50000 manata satmaq istədiyini bildirmiş və almağı təklif etmişdir. O isə həmin vaxt maddi imkanının aşağı olması səbəbindən həmin çay evini ala bilməyəcəyini demişdir.2023-cü ilin sentyabr ayında Farizlə söhbət edərkən sonuncu təkrarən çay evini ona satmaq istədiyini, yad adama qismət olmasını istəmədiyini demişdir. O da həmin pulu birdəfəlik verə bilməyəcini bildirib Farizə başqa bir təklif irəli sürmüşdür. Belə ki, Farizin ona əvvəlcədən 3300 manat borcunun olmasını və özünün “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 21700 manat qiymətləndirib Farizə verəcəyini, əlavə olaraq 15000 manat verəcəyini, qalan 10000 manatı isə 2024-cü ilin avqust ayında ödəyəcəyini demişdir. Yəni yekun olaraq Farizin istədiyi 50000 manat düzələcəkdir. Fariz isə onun təklifi ilə razılaşmışdır. İlk növbdə “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Farizə etibarnamə verilmişdir. Vergi borcları ilə əlaqədar avtomobili öz adına qeydiyyata aldıra bilmədiyindən avtomobilə dair etibarnaməni Cavabdeh2 vermişdir. Lakin çay evini təhvil götürmək istəyərkən Farizin vədinə əməl etməyib çay evini ona təhvil vermək istəmədiyi məlum olduğundan dərhal etibarnaməni ləğv elətdirmişdir. Aralarından mübahisə yarandığından Fariz barəsində polisə şikayət etmişdir. Bildirir ki, Farizin ona avtomobil müqabilində əvvəlcə 13000,daha sonra isə çay evində 8700 manat pul verməsi barədə dedikləri yalandır. Fariz avtomobilə görə ona hər hansı mənləğdə pul verməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 ifadəsində göstərdi ki, həm İddiaçı, həm də Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşı X10 adına olsa da, həmin avtomobili öz şəxsi vəsaiti hesabına aldığından faktiki olaraq ona məxsus olmuşdur. 2022-ci ilin dekabr ayında həmin avtomobili aralarındakı şifahi razılığa əsasən 24200 manata Cavabdeh1 satsa da, sonuncunun vergi borcu ilə əlaqədar problemləri olduğundan avtomobil Şöhrətin adına rəsmiləşdirilməmişdir. 2023-cü ilin sentyabr ayında Şöhrət Farizin çay evini ona 50000 manata satdığını, “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 21700 manat qiymətləndirib Farizə verdiyini bildirib həmin avtomobilə görə Farizə etibarnamə verilməsini tapşırmışdır. O da notariat kontoruna gedib Farizə etibarnamə vermişdir. 29 sentyabr 2023-cü il tarixdə Şöhrət ona zəng edib etibarnaməni ləğv etməyi tapşırmış, o da etibarnaməni ləğv elətdirmişdir. Şöhrətlə görüşdükdə isə sonuncu Farizin onu aldadıb çay evini ona təhvil vermədiyinə görə etibarnaməni ləğv elətdirdiyini demişdir. Bildirir ki, avtomobilə görə Farizin Şöhrətə 21700 manat pul verib-verməməsini dəqiq bilmir. Sadəcə olaraq Şöhrətin avtomobilə dair etibarnamə vermək səlahiyyəti olmadığından o, Farizə etibarnamə vermişdir. Yəni onun pul məsələsində hər hansı formada iştirakı olmamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın ona dair hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. X4 ifadəsində göstərdi ki, həm İddiaçı, həm də Cavabdeh1 da uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Fariz ona bildirmişdir ki, avtomobili Şöhrətdən almışdır. Avtomobil müqabilində Farizin konkret olaraq Şöhrətə hər hansı məbləğdə pul verib-verməməsindən məlumatı yoxdur. Farizin onun özünə də borcu olmuşdur. Fariz bildirmişdir ki, avtomobili ona verəcək, əvəzində 3-4 min pul alacaqdır. X5 ifadəsində göstərdi ki, İddiaçı doğma qardaşıdır. Cavabdeh1 da uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır.28 sentyabr 2023-cü il tarixdə Farizə məxsus çay evində olan vaxt sonuncunun göstərişi əsasında 8700 manat pulu həmin vaxt çay evində işləyən X8, Gülşən isə Şöhrətə vermişdir. X7 ifadəsində göstərdi ki, İddiaçı çay evində ofisiant işləyir. Cavabdeh1 da uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə Farizə məxsus çay evində olan vaxt sonuncunun göstərişi əsasında həmin vaxt çay evində işləyən X11 8700 manat pulu Şöhrətə vermişdir. X3 ifadəsində göstərdi ki, əvvəllər İddiaçı çay evində işləyib çayxananın fəaliyyətinə ümumi nəzarət etmişdir. Cavabdeh1 da uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə Farizə məxsus çay evində olan vaxt sonuncunun göstərişi əsasından 8700 manat pulu həmin vaxt Şöhrətə vermişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə ifadə verərkən müstəntiq tərəfindən yazılmış ifadəyə oxumdan imza etdiyindən ifadənin məzmunundan məlumatsız olmuşdur. Əlavə olaraq Şöhrətlə danışanda sonuncu Farizin ona zərər vuracağını dediyi üçün qorxduğundan Farizin çay evində onun vasitəsilə Şöhrətə 8700 manat pul vermədiyini demişdir.Hazırki ifadəsinin əsas götürülməsini xahiş edir. İşdə olan Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 05 mart 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata xitam verilərək pul tələbi ilə bağlı tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan Cavabdeh1 ilə X3nın danışıqlarını əks etdirən diskdən görünür ki, X2 Abbaszadənin çay evində onun vasitəsilə Şöhrət Qfarova 8700 manat pul vermədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zaman iddiaçı və cavabdehin izahatları və digər iş materialları ilə müəyyən edildi ki, tərəflərin arasında avtomobil alqı-satqısı ilə bağlı münasibətlər yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildir ki, “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin alqı-satqısı ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş və bu, işin mübahisəsiz halıdır. İşin əsas mübahisəli halı isə avtomobilin dəyəri kimi qiymətləndirilmiş 21700 manat pulun verilib-verilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı həmin avtomobilə görə ilk dəfə 13000 manat, ikinci dəfə isə 8700 manat olmaqla, cəmi 21700 manat Cavabdeh1 pul verdiyini göstərir. Cavabdeh1 isə avtomobil alqı-satqısına görə iddiaçının ona hər hansı məbləğdə pul vermədiyini, avtomobilin dəyərini iddiaçının ona satacağı çay evi ilə əvəzləşdirdiyini, lakin iddiaçı vədinə etmədiyindən avtomobil satmaqdan imtina etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə araşdıması zamanı İddiaçı sözügedən avtomobilə görə Cavabdeh1 21700 manat pul verilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçı özü də izahatında Cavabdeh1 ilk dəfə 13000 manat pulu ikisi bir yerdə olanda verdiyini və bu barədə hər hansı sübutunun olmadığını götərmişdir. 8700 manat pul məbləğinə gəlincə iddiaçı həmin pulu işlətdiyi çay evində qardaşı Mübariz Abbasov və işçiləri Gülşən Məmmədova və Qismət Xəlilovun yanında Cavabdeh1 verməsini göstərir. Göründüyü kimi, iddiaçının qeyd olunan xüsusat üzrə yeganə təqdim etdiyi sübut şahid ifadələridir. Məhkəmə şahid ifadələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 76.2-ci maddəsinin tələbindən göründüyü kimi, şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə sübut növlərindən biri hesab olunur. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi olmasa da, MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Şahid ifadələri qiymətləndirilərkən, ilk növbədə, şahidlərin tərəflərlə faktiki münasibətləri, qohumluq əlaqələrinin olub-olmaması, işin nəticəsində maraqlı olubolmamaları və s. hallar yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi şahidlərdən Mübariz Abbasov iddiaçının qardaşı, Qismət Xəlilov isə işçisidir. Onların iddiaçı ilə yaxın münasibətlərinin olması səbəbindən iddiaçının xeyrinə ifadə vermək ehtimalları olduqca yüksəkdir. Digər şahid Gülşən Məmmədova isə ziddiyyətli ifadələr vermişdir. Belə ki, Gülşən Məmmədova həm Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə ifadə verərkən, həm də Cavabdeh1la telefon danışığında(həmin danışığın Gülşən Məmmədovaya aid olmasını sonuncu təsdiq edir) İddiaçı avtomobil alqı-satqısı ilə bağlı Cavabdeh1 onun yanında 8700 manat pul verməsini görmədiyini, məhkəmədə dindirilərkən isə Farizin Şöhrətə 8700 manat pul verməsinin şəxsən iştirakçısı olduğunu bildirmişdir.Göründüyü kimi, iş üzrə yeganə nisbətən neytral mövqedə olan şahidin ifadəsi isə ziddiyyətlidir.Odur ki, məhkəmə hazırki mübahisə üzrə şahidlərin ifadəsinin obyektivliyinə və inandırıcılığına şübhə ilə və tənqidi yanaşmaq üçün kifayət qədər əsasların olması qənaətinə gələrək hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul edilməməlidir. İddia tələbinin digər Cavabdeh2 ilə bağlı hissəsinə gəlincə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 adına olsa da, Cavabdeh2 həmin avtomobili öz şəxsi vəsaiti hesabına aldığından faktiki olaraq ona məxsus olmuşdur. Cavabdeh2 2022-ci ilin dekabr ayında həmin avtomobili Cavabdeh1 satmış, sonuncunun vergi borcu ilə əlaqədar problemləri olduğundan avtomobil Şöhrətin adına rəsmiləşdirilməmiş, yəni Cavabdeh2 həmin avtomobilə dair sərəncam vermək səlahiyyəti olmuşdur. Cavabdeh2 isə avtomobilə dair Cavabdeh1 göstərişi əsasında İddiaçı verdiyi etibarnaməni elə Şöhrətin göstərişi əsasında da ləğv etdirmişdir.Buradan da görünür ki, hazırki iddia tələbinin Cavabdeh2 hər hansı formada aiddiyyəti olmadığından iddia sonuncuya münasibətdə əsassızdır və təmin oluna bilməz. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 21700 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 156 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı ödəmiş olduğu dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 21700 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi təmin ediməsin. İddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-770/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 30 avqust 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 21700 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi təmin ediməsin. İddiaçı tərəfindən ödənilmiş 127 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-770/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-770/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver