Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-795/2024 22.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1000 manat əsas borc, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcun və 31,86 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit xətti ayrırır və ssuda hesabı açır və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 31 may 2024-cü il tarixə 1000 manat əsas borcu, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 1000 manat əsas borc, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcun və 31,86 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 fevral 2023-cü il tarixli AGİD**********3 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" X1 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş və borcalanın qəbul etdiyi 10 oktyabr 2022-ci il tarixli ümumi oferta müqaviləsi çərçivəsində bağlanılmış və həmin kredit müqaviləsi əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 31 may 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdehnun "xxxx" X1 Səhmdar Cəmiyyətinə AGİD**********3 saylı kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli AGİD**********3 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 31 may 2024-cü il tarixə 1000 manat əsas borcu, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehdən 1000 manat əsas borc, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 1000 manat əsas borc, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1000 manat əsas borc, 160,29 manat faiz borcu və 25 manat cərimə, cəmi 1185,29 manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 31,86 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1000 manat əsas borc, 160,29 manat faiz borcu, 25 manat cərimə, cəmi 1185 (bir min yüz səksən beş) manat 29 (iyirmi doqquz) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 86 (səksən altı) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-795/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-795/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver