Məhkəmə qərarları › İş №2(055)-819/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-819/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-819/2023 12.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2999 manat əsas borcun, 733.06 manat faiz borcunun, 32.44 manat cərimə borcunun, 1.55 manat komission haqqının, cəmi 3766.05 manat borcun, 57.67 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14843sADJ/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, aylıq 29% dərəcəsi ilə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin borcun məhkəmədən kənar qaydada ödənilməsi barədə cavabdehlə danışıqlar aparılmış, xəbərdarlıq göndərilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, nəticədə cavabdehin iddiaçıya 2999 manat əsas borcu, 733.06 manat faiz borcu, 32.44 manat cərimə borcu, 1.55 manat komission haqqı, cəmi 3766.05 manat borcu yaranmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb Cavabdeh 2999 manat əsas borcun, 733.06 manat faiz borcunun, 32.44 manat cərimə borcunun, 1.55 manat komission haqqının, cəmi 3766.05 manat borcun və 57.67 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli, 14843sADJ/20 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə aylıq 29% olmaqla 60 ay müddətinə 2000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 22 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə əsas borcu 2999 manat, faiz borcu 733.06 manat, cərimə borcu 32.44 manat, 1.55 manat komission haqqı, cəmi 3766.05 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 9/7982 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə 22 iyun 2023-cü il tarixə əsas borc üzrə 3000 manat, faiz borcu üzrə 733.06 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 14843sADJ/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, aylıq 29% dərəcəsi ilə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Ona görə də, "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 2999 manat əsas borcu, 733.06 manat faiz borcu, 32.44 manat cərimə borcu, 1.55 manat komission haqqı, cəmi 3766.05 manat borc hesablanmışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 9/7982 nömrəli ekspert rəyi ilə cavabdehin 22 iyun 2023-cü il tarixə əsas borc üzrə 3000 manat, faiz borcu üzrə 733.06 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir iddia tələbinin əsaslı olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2023-cü il tarixli, 9/7982 nömrəli ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2999 manat əsas borc, 733.06 manat faiz borcu, 32.44 manat cərimə borcu, 1.55 manat komission haqqı, cəmi 3766.05. manat borc alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57.67 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 150 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2999 manat əsas borc, 733.06 manat faiz borcu, 32.44 manat cərimə borcu, 1.55 manat komission haqqı, cəmi 3766.05 (üç min yeddi yüz altmış altı) manat 05(sıfır beş) qəpik alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 57 (əlli yeddi) manat 67(altmış yeddi) qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar