Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-82/2023 26.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 11500 manat pulun və 125 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11625 manat pulun alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxış iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 30 may 2020-ci ildə qaytarmaq şərti ilə 01 fevral 2020-ci ildə ondan 4500 manat borc pul almışdır. Bundan başqa cavabdehin pula ehtiyacı olduğu üçün Cavabdeh 30 dekabr 2020-ci ildə qaytarmaq şərti ilə 20 avqust 2020-ci ildə ondan 7000 manat borc pul almışdır. Cavabdeh həmin pulu ondan qəbul etməsi barədə yazılı qəbzləri imzası ilə təsdiq edərək ona vermişdir. Lakin cavabdeh ona olan ümumilikdə 11500 manat borcunu qaytarmamışdır. Cavabdehdən həmin borcu dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmış, bu səbəbdən də cavabdehə qarşı pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq Cavabdeh 11500 manat pulun və 125 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11625 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edilməsi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, 30 may 2020-ci ildə qaytarmaq şərti ilə 01 fevral 2020-ci ildə İddiaçı 4500 manat borc pul almışdır. Bundan başqa o pula ehtiyacı olduğu üçün 30 dekabr 2020-ci ildə qaytarmaq şərti ilə 20 avqust 2020-ci ildə İddiaçı 7000 manat borc pul almışdır. Lakin maddi vəziyyətində çətinlik yarandığı üçün həmin borcu iddiaçıya qaytara bilməmişdir. Ona görə də iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 11500 manat borc alınaraq İddiaçı ödənilməlidir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 125 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 11500 manat borc və 125 manat ödənilmiş dövlət rüsumu, cəmi 11625 (on bir min altı yüz iyirmi beş) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-82/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-82/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver