Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-820/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “X4” markalı, ** LO *** dövlət nömrə nişanlı avtomaşına qəza nəticəsində vurmuş olduğu 440 manat məbləğində maddi ziyahın, cərimə borcları olan 280 manatın, gündəlik ödənilməli olan məbləğlərin gecikməsinə görə müraciət edilən günə 320 manatın, qətnamənin çıxarıldığı günə gündəlik 35 manat ödənişlər hesablanmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətimdə olan “X4” markalı, ** LO *** dövlət nömrə nişanlı avtomaşına qəza nəticəsində vurmuş olduğu 420 manat məbləğində maddi ziyanın, cərimə borcları olan 401 manatın, gündəlik ödənilməli olan məbləğlərin gecikməsinə görə müraciət edilən günə 315, avtomobilin həbsdən olduğundan istifadə edilmədiyinə görə əldən çıxmış faydaya görə 980 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mülkiyyətində olan “X5 minik” markalı ** LO *** dövlət qeydiyyat nömrəli avtomobili Cavabdeh kirayəyə vermişdir. Süleymanla taksi fəaliyyəti ilə məşğul olacağı və gündəlik 35 manat olmaqla pul verməsi barədə razılığa gəlmişlər. Süleymanla avtomobilin nasazlıqlarının və yağ dəyişməsini onun tərəfindən ödəniləcəyini, inzibati cərimənin və qəza nəticəsində vurulmuş ziyanın onun tərəfindən qarşılanacağına dair şifahi razılığa gəlmişlər. Beləliklə, Süleymana xx.xx.2025-ci il tarixdə 1 il müddətinə avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. Lakin, bir müddət sonra öhdəsinə götürdüyü 35 manat məbləği ödəməyi yubandırmış və inzibati xətalar törətdiyinə görə cərimələr yaranmışdır. O, həmin pulları vaxtında verməsinə dair ona irad bildirməyimə baxmayaraq, Süleyman pulları ödəməkdən yayınırdı. Həmçinin avto-qəza nəticəsində avtomobili yararsız vəziyyətə salmış və ona xeyli miqdarda ziyan vurmuşdur. Beləliklə, Cavabdeh avto-qəza nəticəsində 440 manat, cərimələrin yaranması nəticəsində 401 manat və gündəlik ödənilməli olan məbləğlərin gecikməsinə görə 315 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Cavabdeh inzibati cərimələri ödəmədiyi üçün avtomobilin üzərinə həbs qoyulmuş və onlar avtomobili idarə edə bilməmişlər. Buna görə də, 980 manat əldən çıxmış faydaya görə onlara ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhəmə prosesində iştirak edən Cavabdeh iddianı qismən qəbul edirək izahatında göstərmişdir ki, iddiaçı onun gündəlik ödənilməli olan 35 manat məbləğində pulu gecikdirdiyimi və ödəmədiyimi bildirir. Lakin, bu yanlışdır. O, taksi fəaliyyəti ilə yalnız proqram açıq olanda məşğul olmuşdur. Yalnız işə çıxacağı təqdirdə 35 manat ödəməli idi. O, iddiaçıya 1638 manat kartla ödəniş etmişdir. Hətta fiziki olaraq da pullar vermişdir. Beləliklə, o, iddiaçıya artıq məbləğdə pul ödəmişəm. Avto-qəza zamanı isə o, günahkar olmamış, amma onun günahkar olmağı barədə qərar qəbul edilmişdir. Avtomobil yararsız vəziyyətdə olmamışdır. Avtomobildə kiçik zədələr olmuşdur. O, hətta onu qəzadan sonra idarə etmişdir. Avtomobili təmir etdirərək iddiaçının göstərdiyi 440 manat ziyanı ödəyə bilər. Avtomobil ümumilikdə 44 gün onun istifadəsində olmuşdur. İnzibati xətaya görə cərimə olunmağını etiraf edir, lakin hesab edir ki, cərimləri isə iddiaçı ödəməlidir. Çünki iddiaçı mənə bütün xərcləri qarşılayacağını bildirmişdir. Əldən çıxmış fayda hissəsinə isə münasibətdə bildirir ki, iddiaçı özü avtomobili ondan almışdır. O, avtomobili idarə edə bilməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan BA 457228 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, “X5 minik” markalı ** LO *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 27 fevral 2025-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı, etibar edilən Cavabdeh “X5 minik” markalı ** LO *** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, 531599****5462 nömrəli karta Cavabdeh tərəfindən ümumilkdə 1518 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli SMS bildirişdən çıxarışdan görünür ki, ** LO *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “X5 minik” markalı ** LO *** dövlət qeydiyyat nömrəli avtomobilin təmiri üçün ümumilikdə 420 manat tələb olunur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarlardan çıxarışlardan görünür ki, ** LO *** dövlət qeydiyyat nömrəli avtomobilə ümumilikdə 401 manat inzibati qaydada cərimə yazılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 420 manat pul, inzibati cərimələrin ödənilməsinə görə 401 manat və əldən çıxmış faydaya görə 980 manat məbləğində pul alınıb iddiaçıya verilməsi işin faktiki və hüquqi hallarına uyğun olmaqla əsaslı hesab edilir. Məhkəmə iddianın gündəlik ödənilməli olan məbləğin gecikməsinə görə müraciət edilən günə 315 manat pulun tutulmasına dair hissədə qeyd edir ki, iddianın həmin hissəsinə münasibətdə iddiaçı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddianın həmin hissəsini əsaslı hesab etmir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını vəqənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İşdə olan mədaxil qəbzndən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 420 manat, inzibati cərimələrin ödənilməsinə görə 401 manat və əldən çıxmış faydaya görə 980 manat, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1831 (bir min səkkiz yüz otuz bir) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-820/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-820/2025
10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver