Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-821/2025 04.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər X3 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3000 manat pulun, hüquqi yardıma görə 100 manat xərcin və 57 manat ödənilmiş dövlət rüsumunun, əlavə olaraq Cavabdeh3 700 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli, 04 nömrəli qərarına əsasən JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdeh X3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1,03 ha torpaq sahəsini 20 noyabr 2017-ci il tarixində 3000 manata Saatlı rayon Qara Nuru kənd icra nümayəndəliyində cavabdehlər X2 və Cavabdeh3 birdəfəlik olaraq almış və həmin gün icra nümayəndəsinin iştirakı ilə torpağın satılması və pulun qəbul edilməsi barədə alqı-satqı müqavisəsi onun, torpağı satan cavabdehlərin imzaları və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. 05 dekabr 2017-ci il ildə Cavabdeh3 şəxsən torpağın qiymətin qaldırmaq məqsədi ilə ondan əlavə olaraq 700 manat pul almışdır. 2017ci ildən etibarən o, aldığı 1,03 ha torpaq sahəsini özünün mülkiyyəti bilərək əkib becərmiş, amma torpağı rəsmi olaraq öz adına dövlət qeydiyyatına aldırmamışdır. 2025-ci ilin may ayında cavabdeh X6 ona satıdğı 1,03 ha torpaq sahəsini özü istifadə etməyə başlamış, hətta həmin torpağa əkdiyi yoncanı da biçib apararaq bir daha həmin torpaqdan istifadə etməməsini ona bildirmişdir. Bundan sonra o, 3000 manat pulunu cavabdehlərdən tələb etmiş, amma cavabdehlər pulu qaytarmaqdan imtina etmişlər. Ona görə də, göstəriklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı həmçinin göstərdi ki, JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında Cavabdeh2 və Cavabdeh4 adı olduğundan iddia ərizəsində onları da cavabdeh kimi göstərmiş, əslində isə o 1,03 ha torpaq sahəsinin alqı-satqısına görə 3000 manat pulu şəxsən cavabdehlər X4 və Cavabdeh3 vermişdir. Bundan başqa, aldığı həmin 1,03 ha torpaq sahəsinə görə 05 dekabr 2017-ci ildə Cavabdeh3 ondan əlavə olaraq aldığı 700 manat pulun 300 manatını sinif yoldaşı Raqif Şirinovdan və 400 manatını isə qardaşından borc alaraq özünün işlətdiyi mağazada Namiqə vermişdir. Həmin vaxt mağazada Namiqlə ondan başqa heç kim olmamış, lakin sinif yoldaşı Rafiqə aldığı torpağa görə əlavə olaraq Namiqə 700 manat pul verəcəyini demişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh X6 iddianı etiraf edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli, 04 nömrəli qərarına əsasən JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə onun və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1,03 ha torpaq sahəsini 20 noyabr 2017-ci il tarixində 3000 manata Saatlı rayon Qara Nuru kənd icra nümayəndəliyində İddiaçı satmışlar, alqı-satqıda özü və oğlu Cavabdeh3 iştirak etmişdir. Pulu da oğlu Nimiqlə birlikdə almışlar. Digər uşaqları Cavabdeh2 və Cavabdeh4 həmin vaxt alqı-satqıda iştirak etməmişlər, amma onların da adını müqaviləyə əlavə etdirərək onların adından imza etmişdir. Həmin vaxtdan torpaq iddiaçının istifadəsində olsa da, rəsmi olaraq onun və ailə üzvlərinin mülkiyyətində qalmış, 2017-ci ildən həmin torpağa aid vergi pulunu o ödəmişdir. Dəfələrlə iddiaçıdan tələb etmişlər ki, torpağın vergi borcunu ödəsin, amma iddiaçı bundan imtina etdiyindən bu ilin may ayından həmin torpağı iddiaçıdan alaraq özləri istifadə etməyə başlamışlar. İddiaçı isə onlardan 3000 manat pulunu tələb etdikdə ona bildirmişlər ki, həmin pulu birdəfəyə deyil, hissə-hissə ödəyib qurtaracaqlar. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh3 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli, 04 nömrəli qərarına əsasən JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə onun və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1,03 ha torpaq sahəsini 20 noyabr 2017-ci il tarixində 3000 manat müqabilində Saatlı rayon Qara Nuru kənd icra nümayəndəliyində İddiaçı satmışlar. Alqı-satqıda özü və anası Əfruz Abasova iştirak etmişdir. Pulu da anası Əfruzla birlikdə almışlar. Qardaşı Cavabdeh2 və bacısı Cavabdeh4 həmin vaxt alqı-satqıda iştirak etməmişlər, amma onların adı müqaviləyə əlavə edilmiş və onların adından anası müqaviləni imzalamışdır. İddiaçı 2017ci ildən həmin torpağa aid vergi pulunu ödəmədiyi üçün aralarında mübahisə yaranmış və iddiaçı vergini ödəməkdən imtina etdiyi üçün bu ilin may ayından mülkiyyətlərində olan həmin torpağı özləri istifadə etməyə başlamışdır. Bundan sonra iddiaçı onlardan 3000 manat pulunu tələb etmiş, onlar da pulu hissə-hissə ödəməyə imkanlarının çatdığını demişlər. Lakin, torpağın satışına görə əlavə olaraq iddiaçıdan 700 manat pul alması ilə bağlı iddia ərizəsində göstərilən və iddiaçının izahatında qeyd etdikləri ilə razı deyil, çünki o torpağın satışına görə 3000 manat puldan başqa iddiaçıdan başqa pul almamışdır, iddiaçının bununla bağlı dedikləri yalandır və əsassızdır. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid X5 ifadəsində göstərdi ki, Cavabdeh3 həmkəndli kimi tanıyır, İddiaçı isə sinif yoldaşı olmuşdur. Hər iki şəxslə aralarında ədavətləri və narazılıqları yoxdur, Ziya ilə münasibəti dost səviyyəsindədir. İddiaçı 2017-ci ilin noyabr ayında ona demişdir ki, aldığı torpaq sahəsinə görə həmkəndlisi Cavabdeh3 əlavə olaraq ondan 700 manat pul istəyir, amma pulu çatmadığı üçün 300 manat pul lazımdır. Buna görə o, Ziyanın mağazasında 300 manat pulu Ziyaya borc vermiş, Ziya da həmin pulu və əlavə olaraq əlində olan pulu onun yanında Cavabdeh3 vermişdir. Həmin vaxt Ziyanın Namiqə verdiyi pul məbləğinin nəqədər olduğunu bilməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Saatlı rayon Qara Nuru kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,03 ha torpaq sahəsi cavabdehlər X3 və onun ailə üzvlərinin mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş daşınmaz əmlakım alqı-satqısına dair aktdan görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 2001-ci il tarixli, 04 nömrəli qərarına əsasən JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdeh X3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1,03 ha torpaq sahəsini 20 noyabr 2017-ci il tarixində Saatlı rayon Qara Nuru kənd icra nümayəndəliyində X6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 3000 manata İddiaçı satmışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 11 aprel 2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində Saatlı rayonu, Qara Nuru kəndi ərazisində 0,902 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəmə iddiaçının, işdə iştirak edən cavabdehlərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında elan edilmiş iddiaçının və cavabdehlərin izahatları ilə müəyyən olunur ki, İddiaçı ilə cavabdehlər X6 və Cavabdeh3 arasında olan razılıq əsasında JN0123 KOD 90806018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə X3, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ümumibirgə mülkiyyətlərində olan 1,03 ha (hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz əmlakın dövlət kadstrı və reyestri publik hüquqi şəxsin çıxarışında həmin şəxslərin paylı mülkiyyətində olan 0,902 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 20 noyabr 2017-ci ildə 3000 manat müqabilində iddiaçıya satmışlar. 2025-ci ilin may ayınadək iddiaçı həmin torpağı öz mülkiyyəti kimi əkib becərmiş, amma dövlət qeydiyyatında adına keçirmədiyindən hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 11 aprel 2023-cü il tarixli çıxarışı əsasında 0,902 ha torpaq sahəsi kimi cavabdehlər X3, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdadır. Torpaq vergisi üstündə cavabdehlər X6 və Cavabdeh3 ilə iddiaçı arasına mübahisə yarandığından həmin cavabdehlər mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıdan geri almışlar, iddiaçı da torpağa görə verdiyi 3000 manatı cavabdehlər X2 və Cavabdeh3 tələb etdikdə onlar həmin 3000 manat pulu birdəfəyə deyil, hissə-hissə qaytaracaqlarını iddiaçıya bildirmişlər. Məhkəmə iddianın bu hissəsinin cavabdehlərin etirafı kimi nəzərə alaraq işin mübahisəsiz halı kimi qəbul edir və iddianın həmin hissəsi ilə bağlı hesab edir ki, tərəflər arasında həmin torpaq sahəsinə dair notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmadığına görə onlar arasında öhdəlik hüquq münasibətləri yaranmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Bundan başqa, iddiaçı izahatında həmçinin göstərmişdir ki, o 3000 manat pulu iş üzrə cavabdehlərdən X6 və Cavabdeh3 şəxsən vermiş, lakin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 adları torpağa mülkiyyət hüququna dair aktda qeyd edildiyindən, həmin cavabdehləri də formal olaraq iddia ərizəsində qeyd etmişdir. Məhkəmə bununla bağlı da qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə Cavabdeh2 və Cavabdeh4 qanunla nəzərdə tutulmuş qaydada heç bir məsuliyyət daşımadıqlarından onlar bu iş üzrə cavabdeh kimi tanına bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X2 və Cavabdeh3 3000 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Məhkəmə iddianın Cavabdeh3 700 manat pulun alınması hissəsini araşdırarkən işin faktiki halları ilə müəyyən etdi ki, iddiaçının məhkəmə iclasında 700 manat pulu Cavabdeh3 şəxsən verərkən yanlarında heç kimin olmaması barədə vermiş olduğu izahatla, məhkəmə iclasında şahid Raqif Şirinovun iddiaçının onun yanında ümumi məbləğinin nə qədər olmasını bilmədiyi pulun Cavabdeh3 verməsinə dair vermiş olduğu ifadə ziddiyətli olduğundan iddianın bu hissəsini iş üzrə sübuta yetirilməmiş tələb kimi nəzərə alaraq təmin edilməsini ədalətli hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər X2 və Cavabdeh3 müştərək qaydada 3000 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir. İşdə olan 13 may 2025-ci tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57 manat dövlət rüsumu və hüquqi yardıma görə 100 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh3 müştərək qaydada 3000 (üç min) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat cavabdehlər X2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-821/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-821/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver