Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-827/2023 14.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 948.15 manat əsas borcun, 397.50 manat faiz borcunun, 1090.08 manat cərimə borcunun, cəmi 2435.73 manat borcun və 44.36 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2021-ci il tarixli, A/0009 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 22.44% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, daha sonra kredit müqaviləsinin müddəti 24 fevral 2023-cü il tarixədək uzadılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 may 2021-ci il tarixli, A/0009 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün onların iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 948.15 manat əsas borcu, 397.50 manat faiz borcu, 1090.08 manat cərimə borcu, cəmi 2435.73 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 948.15 manat əsas borcun, 397.50 manat faiz borcunun, 1090.08 manat cərimə borcunun, cəmi 2435.73 manat borcun və 44.36 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 may 2021-ci il tarixli A/0009 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə Cavabdeh1 illik 22.44% olmaqla 18 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 24 may 2021-ci il tarixli A/0009 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 may 2021-ci il tarixli A/0009 saylı kredit müqaviləsi ilə əlaqədar olaraq zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 24 may 2021-ci il tarixli A/0009 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 24 may 2021-ci il tarixli A/0009 saylı kredit müqaviləsinin müddəti 3 ay müddətində, yəni 24 fevral 2023-cü il tarixədək uzadılmışdır. İşdə olan 23 iyun 2023-cü il tarixli 140 saylı arayışdan görünür ki, Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan əsas borcu 948.15 manat, faiz borcu 397.50 manat, cərimə borcu 1090.08 manat, cəmi borcu 2435.73 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2021-ci il tarixli, A/0009 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 22.44% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, daha sonra kredit müqaviləsinin müddəti 24 fevral 2023-cü il tarixədək uzadılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 may 2021-ci il tarixli, A/0009 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün onların iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 948.15 manat əsas borcu, 397.50 manat faiz borcu, 1090.08 manat cərimə borcu, cəmi 2435.73 manat borcu yaranmışdır. Ona görə də iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin borcun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 948.15 manat əsas borcun, 397.50 manat faiz borcunun, 1090.08 manat cərimə borcunun, cəmi 2435.73 manat borcun alınmasında haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən 24 may 2021-ci il tarixli, A/0009 saylı kredit müqaviləsi üzrə tələb olunan 1090.08 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 948.15 manat əsas borc, 397.50 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 1445.65 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 23 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 44.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 44.36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 948.15 manat əsas borc, 397.50 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 1445 (bir min dörd yüz qırx beş) manat 65 (altmış beş) qəpik pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44 (qırx dörd) manat 36 (otuz altı) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-827/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-827/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver