Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-833/2024 05.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəmə müraciət edərək, Cavabdehdan, aldığı qızılların dəyəri olaraq ödəməli olduğu lakin ödəmədiyi 1800 (min səkkiz yüz) manatın, həmin məbləğin illik 5%-ni təşkil edən (2021-ci ilin dekabr ayından 2024-cü ilin iyul ayınadək olan müddətdə hesablanmış=30 ay) 245 AZN-lik kompensasiyanın (əldən çıxmış fayda), 200 manat bu məsələ ilə bağlı hüquq-mühafizə, məhkəmə və digər qurumlara getdiyində xərclədiyi (xərcləyəcəyi) yol xərcləri (Bakı şəhərində yaşayır) və 43 manatlıq dövlət rüsumunun, toplam 2288 (iki min iki yüz səksən səkkiz) manatın alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, artıq illərdir qızıl alveri ilə məşquldur. Müxtəlif yerlərdə yerləşən qızıl dükkanlarında işləmişdir. Bunu bütün çevrəsində olan insan bilir. Məlum məsələdir ki, bir müddət alver etdiyi insanla aranızda səmimiyyət yaranır, nisyə alverdə onların işində normal haldır. Cavabdeh ilə o, sonuncunun qohumu Rahilənin vasitəsi ilə tanış olmuşdur. Sonuncu dəfə cavabdehǝ Rahilənin iştirakı ilə ümumilikdə 1800 (min səkkiz yüz) manat dəyərində qızılzinət əşyalarını satmışdır. Röyal ona olan pul borcunu qısa zamanda verəcəyini vəd etsədə, ümumi borcundan Rahilənin vasitəsi hisə-hissə 270 (iki yüz yetmiş) manat ödəniş etmişdir. 2023-cü ilin iyun ayında hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin oradan ona bu məsələnin mülki olduğuna görə məhkəməyə müraciət etmək məqsədə uyğun olduğu bildirilmişdir. Cavabdeh ondan aldığı 15.4 qram qızıl üzük və sırğa (583 prob.) ümumi dəyəri 1800 manat təşkil edir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, onun həqiqətən də, iddiaçıya 200 manat borcu var. Bəli 1 üzük, 1 sırğa almış və onların birliktə çəkisi 15 qram edmişdir. Onlar 2015-ci ildə Rahilə xanımla Kəmalə xanım gilə gedib orda qızıl almaq üçün danışmışlar. Rahilə xanımla Kəmalə xanımın tanışlıqları var idi. Onlar gedib 750 manat dəyərində alış-veriş etmişlər və o, 550 manatını ödəmiş 200 manatını borclu qalmışdır. Onun iddiaçıya 1800 manat borcu yoxdur. Sonda iddianın 200 manat hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh qızıl-zinət əşyaları satmışdır. Bu hal işin mübhisəsiz halıdır, çünki cavabdeh iddiaçıdan qızıl-zinət aşyası almasını özü də etiraf etmişdir. Lakin məhkəmə iddianın qiyməti ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə satdığı qızıl-zinət əşyalarının dəyərinin 1800 manat olmasını sübut edə bilməmişdir. Cavabdeh isə iddiaçıdan 750 manat dəyərində qızıl-zinət əşyalarının aldığını etiraf etmişdir. Nə qədərki iddiaçı cavabdehə satdığı qızılzinət əşyalarının dəyərinin 1800 manat olduğunu sübut edə bilmir, məhkəmə cavabdehin etirafını əsas götürərək hesab edir ki, iddia 750 manat hissəsində təsdiq olunur. Bundan başqa cavadeh iddiaçıdan aldığı qızıl-zinət əşyalarının dəyərinin 550 manat hissəsini ödədiyini bildirmişdir. Lakin cavabdeh bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə cavabdeh tərəfindən 270 manat ödənildiyini bildirmişdir. Məhkəmə iddiaçının 270 manat ödənildiyi barədə izahatını əsas götürərək hesab edir ki, hazırki iddia tələbi üzrə təsdiq olunan 750 manatdan 270 manat ödənilmiş hissəni çıxmaqla 480 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 245 manat əldən çıxmış fayda, 200 manat hüquq-mühafizə, məhkəmə və digər qurumlara getdiyində xərclədiyi yol xərcləri tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdeh X2 480 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 43 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi nisbətində cavabdeh X2 İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. X1 480 manat pul, ödənilmiş dövlət rüsumu olaraq 30 manat, cəmi 510 (beş yüz on) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-833/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-833/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver