Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-845/2024 29.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7523,55 manat əsas borcun, 727,69 manat faiz borcunun, 98,88 manat cərimə, cəmi 8350,12 manat borcun və ödənilmiş 103.51 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 486nkADJ/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 7645 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”-nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır, “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”-a qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə onun banka kredit müqaviləsi üzrə 7523,55 manat əsas borc, 727,69 manat faiz borcu, 98,88 manat cərimə borcu olmaqla cəmi 8350,12 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, 20 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən ona 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə 7645 manat məbləğində kredit verilmişdir. O borcunu hər ay vaxtında ödəyir, lakin maddi imkanı ilə əlaqədar ödənişlərdə gecikmələri olmuşdur. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan 20 may 2023-cü il tarixli, 486nkADJ/23 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 18% olmaqla 36 ay müddətinə 7645 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 486nkADJ/23 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə əsas borcu 7523,55 manat, faiz borcu 727,69 manat, 98,88 manat cərimə borcu olmaqla, cəmi borcu 8350,12 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 may 2023-cü il tarixli, 486nkADJ/23 saylı kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan 36 ay müddətinə illik 18% ödəmək şərti ilə 7645 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə 7523,55 manat əsas, faiz borcu 727,69 manat, 98,88 manat cərimə borcu olmaqla, cəmi 8350,12 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, 20 may 2023-cü il tarixli, 486nkADJ/23 saylı kredit müqaviləsi üzrə iddiaçı 7523,55 manat əsas, faiz borcu 727,69 manat, 98,88 manat cərimə borcu olmaqla, cəmi 8350,12 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 20 may 2023-cü il tarixli, 486nkADJ/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh 7523,55 manat əsas, faiz borcu 727,69 manat, 98,88 manat cərimə borcu olmaqla, cəmi 8350,12 borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 04 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 103,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 103,51 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 may 2023-cü il tarixli, 486nkADJ/23 saylı kredit müqaviləsi üzrə 7523,55 manat əsas, faiz borcu 727,69 manat, 98,88 manat cərimə borcu olmaqla, cəmi 8350,12 manat borc, ödənilmiş 103,51 manat məbləğində dövlət rüsumu ümumilkdə 8453,63 (səkkiz min dörd yüz əlli üç manat altmış üç qəpik) manat alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sad İş № 2(055)-845/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 iyul 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 20 may 2023-cü il tarixli, 486nkADJ/23 saylı kredit müqaviləsi üzrə 7523,55 manat əsas, faiz borcu 727,69 manat, 98,88 manat cərimə borcu olmaqla, cəmi 8350,12 manat borc, ödənilmiş 103,51 manat məbləğində dövlət rüsumu ümumilkdə 8453,63 (səkkiz min dörd yüz əlli üç manat altmış üç qəpik) manat alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-845/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-845/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver