Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-85/2024 16.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş zərərin əvəzində 525 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat tarixi 06 noyabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 2.9 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahəsinin 1.5 ha hissəsində 2023-cü ilin əkin mövsümü üzrə pambıq bitkisi əkmişdir. 01 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixə qədər olan müddətdə Saatlı rayonunun Günəşli kənd sakini Cavabdeh məxsus ümumilikdə təxminən 6-7 baş iribuynuzlu heyvan pambıq sahəsinə girərək otlamış, nəticədə ona 525 manat maddi ziyan vurulmuşdur. Bu hal Saatlı DAİM-in bitkiçilik sektorunun 29 dekabr 2023-cü il tarixli rəyi ilə bir daha təsdiq olunur. Cavabdehə məxsus heyvanların onun əkin sahəsində otlaması bundan əvvəl də dəfələrlə baş vermiş, lakin o, bu barədə məhkəməyə müraciət etməmişdir. Lakin cavabdehin bu hərəkətləri davam etdiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ona məxsus iribuynuzlu heyvanlar iddiaçıya məxsus pambıq bitkisi əkilmiş torpaq sahəsinə daxil olsalar da, iddiaçıya dəymiş ziyan sonuncunun qeyd etdiyi kimi 525 manat deyil, az olmuşdur. Çünki 2023-cü ilin noyabr ayında cəmi bir dəfə heyvanları sahədən keçirəkən heyvanlar iddiaçının sahəsinə keçmiş və qısa vaxt ərzində heyvanları sahədən çıxarmışdır. Heyvanların sahədə qısa müddət olmasını nəzərə alınsa həmin müddət ərzində heyvanlar pambıq sahəsinə 10-20 manatlıq ziyan vura bilərdilər. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat tarixi 06 noyabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, 2.9 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Saatlı DAİM-in bitkiçilik sektorunun 29 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan əkin sahəsinə baxış keçirilmiş, baxış zamanı sahədə iribuynuzlu mal-qaranın otarılması, məhsulun bir qisminin mal-qara tərəfindən yeyildiyi, bir qisminin isə yerə tökülərək yararsız hala düşməsi səbəbindən vətəndaş İddiaçı təqribən 0.6-0.7 ton xam pambıq dəyərində maddi ziyan vurulduğu müəyyən edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, Cavabdeh məxsus iribuynuzlu heyvanlar İddiaçı məxsus sahədə otlayır. İşdə olan videogörüntülərin əks olunduğu CD diskdən görünür ki, Cavabdeh məxsus iribuynuzlu heyvanlar İddiaçı məxsus sahədə otlayır. İşdə olan Saatlı rayonu, Soltanabad bələdiyyəsi tərəfindən təsdiq edilmiş 29 noyabr 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus 1.5 ha pambıq sahəsinə baxış keçirilmiş, baxış zamanı sözügedən pambıq sahəsinin iri-buynuzlu mal-qara tərəfindən otarıldığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat tarixi 06 noyabr 2023-cü il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 2.9 ha. torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin 1.5 ha hissəsində pambıq bitkisi əkmiş, lakin cavabdehə məxsus ümumilikdə 6-7 baş iribuynuzlu heyvan iddiaçıya məxsus pambıq sahəsinə girərək otlamış, nəticədə iddiaçıya 525 manat maddi ziyan vurulmuşdur. İddia tələbinin əsaslılığı iddiaçının izahatı, cavabdehin qismən etirafedici izahatı, işdə olan sənədlər, foto-videogörüntülər və Saatlı DAİM-in bitkiçilik sektorunun rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin olunmalıdır. Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatında ona məxsus iribuynuzlu heyvanların iddiaçıya məxsus pambıq bitkisi əkilmiş torpaq sahəsinə daxil olmasını təsdiq etsə də, heyvanların cəmi bir dəfə olmaqla qısa müddət ərzində iddiaçıya məxsus sahədə otladığını və müddətin qısa olmasını nəzərə alaraq onun hesablamalarına görə iddiaçıya təxminən 10-20 manat ziyan dəyməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə cavabdehin etirazının dəlillərinə münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu halı məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh dəymiş zərərin əvəzində 525 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu və 50 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzində 525 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 605(altı yüz beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov İş № 2(055)-85/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 yanvar 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzində 525 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 50 manat xidmət haqqı, cəmi 605(altı yüz beş) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-85/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-85/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver