Məhkəmə qərarları › İş №2(055)-856/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-856/2023

22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-856/2023 22.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1505.30 manat əsas borc, 225.70 manat cərimə borcu, cəmi 1731 manat borc və 37.31 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona və qulaqcığa görə 12 ay müddətinə hər ay 126 manat ödəməklə, ümumilikdə 1511.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 40 manat, ümumilikdə 479.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1991.80 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə cəmi 2257 manat cərimə hesablanmışdır. Lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və hər iki müqavilə üzrə cərimə məbləği cəmi 225.70 manat hesablanmışdır. Ona görə də, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1505.30 manat əsas borc, 225.70 manat cərimə borcu, cəmi 1731 manat borc və 37.31 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələrindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 126 manat ödəməklə, ümumilikdə 1511.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 40 manat, ümumilikdə 479.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1991.80 manat ödəmək şərti ilə qeyd olunan məhsulların alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 14 iyun 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1385.90 manat əsas borcu, 207.80 manat cərimə, ümumilikdə ödənilməmiş 1593.70 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 119.40 manat əsas borcu, 17.90 manat cərimə, ümumilikdə ödənilməmiş 137.30 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Xiaomi” markalı mobil telefona və qulaqcığa görə 12 ay müddətinə hər ay 126 manat ödəməklə, ümumilikdə 1511.90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Xiaomi” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 40 manat, ümumilikdə 479.90 manat, hər iki müqavilə üzrə ümumilikdə 1991.80 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə müvafiq olaraq 2257 manat cərimə hesablanmış, lakin iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i güzəşt olunaraq cavabdehə hər iki müqavilə üzrə cəmi 225.70 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1505.30 manat əsas borc, 225.70 manat cərimə borcu, cəmi 1731 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1505.30 manat əsas borc, 225.70 manat cərimə borcu, cəmi 1731 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 207.80 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 138 manatadək, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan 17.90 manat məbləğində dəbbə pulunun (cərimənin) miqdarı isə 11 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 37.31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37.31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1505.30 manat əsas borc, 149 manat cərimə borcu, cəmi 1654.30 manat borc və 37.31 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı və xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilələri üzrə ümumilikdə 1505.30 manat əsas borc, 149 manat cərimə borcu, cəmi 1654 (bir min altı yüz əlli dörd) manat 30 (otuz) qəpik pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 (otuz yeddi) manat, 31 (otuz bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar