Məhkəmə qərarları › İş №2(055)-881/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-881/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-881/2023 17.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızına qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 25 fevral 2022-ci il tarixli ərizəyə və ümumi oferta müqaviləsinə əsasən cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızına istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndində əsasən borcverən bu müqaviə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və iddiaçıya 500 manat əsas borcu, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızından 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsindən və 07 iyun 2023cü il tarixli məktubdan görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızına 35 ay müddətinə illik 27.60% dərəcəsi ilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndində əsasən borcverən bu müqaviə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. İşdə olan 25 fevral 2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızı "xxxx" X1 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş 29 dekabr 2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İşdə olan 06 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızının "xxxx" X1 Səhmdar Cəmiyyətinə 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcu vardır. İşdə olan 22 may 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızı ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin arasında bağlanmış 25 fevral 2022-ci il tarixli ərizəyə və ümumi oferta müqaviləsinə əsasən cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızına istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərti ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndində əsasən borcverən bu müqaviə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Lakin cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızı müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehdən 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızından 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızından 500 manat əsas borc, 74.04 manat faiz borcu və 25 manat cərimə, cəmi 599.04 manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 06 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Rzayeva (Məmmədova) Ülkər Əlibaba qızından 500 manat əsas borc, 74.04 manat faiz borcu, 25 manat cərimə, cəmi 599 (beş yüz doxsan doqquz) manat 04 (dörd) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar