Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-891/2023 18.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh Qəfər oğluna qarşı pul tələbinə dair iddia ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı Cavabdeh Qəfər oğluna qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 2000 manat borcun və ödənilmiş 41 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində Cavabdeh Qəfər oğlunun eyniləşdirmə məlumatlarını dəqiq göstərməmiş, həmçinin iddia ərizəsində cavabdehin qeydiyyatda olduğu ünvanı ünvan 1avə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, məhkəmədə hər hansı bir mülki iddia qaldırarkən yuxarıda istinad edilən qaydalara riayət edilməlidir. Bununla bağlı çətinlik yaranarsa istənilən vəkil bürosunun köməyindən istifadə etməklə iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:
1. İddiaçı Cavabdeh Qəfər oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.