Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-9/2024 19.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərər və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş 400 manat maddi ziyanın,1500 manat əldən çıxmış faydanın və ödəmiş olduğu 40 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********90, qeydiyyat tarixi 01 sentyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 1.7522 ha torpaq sahəsi onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətindədir. Həmin torpaq sahəsinin 0.90 ha hissəsində arpa bitikisi əksə də, cavabdehlər traktor vasitəsilə arpa sahəsini şumlayıb ona maddi ziyan vurmuşlar. Arpa btkisi əkilmiş torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir və həmin sahənin Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4.7482 ha torpaq sahəsi ilə əlaqəsi yoxdur. Aparılmış şumlama nəticəsində ona ziyan dəymişdir.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia etdiyi və şumlanmış torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********86, qeydiyyat tarixi 18 yanvar 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 4.7482 ha torpaq sahəsidir. Bu barədə ona və ailə üzvlərinə çıxarış da verilmişdir.İddiaçının iddia etdiyi torpaq sahəsi isə başqa yerdədir. Hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisə predmeti olan 0.90 ha torpaq sahəsini traktorla o şumlamışdır. Həmin torpaq sahəsinin kimə məxsus olmasını bilmir. O, sadəcə olaraq Cavabdeh1 çağırışı əsasında sahədə şumlama işi aparmışdır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisi Elçin Kərimov şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, mütəxəssis rəyi verilməsi üçün iş üzrə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı hər iki torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə elektron məlumat bazasında və ortofoto üzərində dəqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan 1.7522 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4.7482 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ayrı-ayrı torpaq sahələridir. Baxış zamanı Cavabdeh1 0.90 ha torpaq sahəsindən istifadə etmədiyini bildirdiyi üçün hazırladığı mütəxəssis rəyində həmin torpaq sahəsinin sonuncunun istifadəsində olmadığını göstərmişdir. Lakin arpa əkilmiş 0.90 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan 1.7522 ha torpaq sahəsinin daxilindədir. Yəni arpa əkilmiş 0.90 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin faktiki istifadəsində olsa da, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan 1.7522 ha torpaq sahəsinə aiddir. Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4.7482 ha torpaq sahəsi nisbətən aralıdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********90, qeydiyyat tarixi 01 sentyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 1.7522 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********86, qeydiyyat tarixi 18 yanvar 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 4.7482 ha Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İşdə olan Saatlı DAİM-in bitkiçilik sektorunun 23 iyun 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan əkin sahəsinə baxış keçirilmiş, 0.90 ha əkin sahəsinin şumlandığı müşahidə olunmuşdur. Saatlı rayonu, Dəllər kəndi üzrə cari mövsümdə arpanın məhsuldarlığının 30-32s/ha, 1 kq arpanın qiymətinin 0.30 AZN olduğunu və sözügedən sahədə torpağın keyfiyyət göstəricilərini nəzərə alaraq dəymiş ziyanın məbləğinin (0.90 ha x 30s/ha=2700 kq, 2700 kq x 0.30 AZN=810 AZN) 810 AZN olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2024-cü il tarixli, 10/9656 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********90, qeydiyyat tarixi 01 sentyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 1.7522 ha torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh1 istifadəsində olduğu müəyyən edilməmişdir. Lakin sözügedən 1.7522 ha (faktiki 1.75 ha) torpaq sahəsi iddiaçı və ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********90, qeydiyyat tarixi 01 sentyabr 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 1.7522 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən reyester nömrəsi **********86, qeydiyyat tarixi 18 yanvar 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 4.7482 (faktiki 4.55 ha) ha torpaq sahəsi ilə üst-üstə düşmür. Ayrı-ayrı torpaq sahələridir. İşdə olan torpaq sahəsinə baxış keçirilməsi haqqında 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı arpa əkilmiş 0.90 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan 1.7522 ha torpaq sahəsi daxilində olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılması üçün, ilk növbədə, şumlanmış 0.90 ha torpaq sahəsinin kimə məxsus olmasına aydınlıq gətirilməsi zəruridir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin ona və ailə üzvlərinə məxsus 1.7522 ha torpaq sahəsi daxilində olduğunu, Cavabdeh1 isə ona və ailə üzvlərinə məxsus 4.7482 ha daxilində olduğunu göstərir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyi, həmin rəyə əlavə edilmiş sxem və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2024-cü il tarixli, 10/9656 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 1.7522 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Saatlı rayonu Nərimankənd kəndi ərazisində yerləşən 4.7482 ha torpaq sahəsi ilə üstüstə düşmür. Ayrı-ayrı torpaq sahələridir. X3 həm torpaq sahəsinə baxış keçirilərkən, həmçinin məhkəmədə dindirilərkən ifadəsində göstərdi ki, mütəxəssis rəyi verilməsi məqsədilə torpaq sahəsinə baxış keçirilməsi zamanı Cavabdeh1 0.90 ha torpaq sahəsindən istifadə etmədiyini bildirdiyi üçün hazırladığı mütəxəssis rəyində həmin torpaq sahəsinin sonuncunun istifadəsində olmadığını göstərmişdir. Lakin arpa əkilmiş 0.90 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan 1.7522 ha torpaq sahəsinin daxilindədir. Yəni arpa əkilmiş 0.90 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin faktiki istifadəsində olsa da, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan 1.7522 ha torpaq sahəsinə aiddir. Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4.7482 ha torpaq sahəsi nisbətən aralıdadır. Göründüyü kimi, iş materialları ilə 0.90 ha torpaq sahəsinin İddiaçı məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə dəymiş maddi ziyanla əlaqədar isə qeyd edir ki, Saatlı DAİM-in bitkiçilik sektorunun 23 iyun 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı dəymiş ziyanın məbləği 810 AZN təşkil edir. İddiaçıya ziyan dəyməsi və dəymiş ziyanın məbləğinin 350 manat olması Saatlı DAİM-in bitkiçilik sektorunun rəyi ilə bir daha təsdiq olunur. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı iddia ərzində dəymiş ziyanı digər Cavabdeh2 tələb etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh2 həmin torpaq sahəsinin kimə məxsus olmasını bilmədən sadəcə olaraq Cavabdeh1 çağırışı əsasında sahədə şumlama işi apardığı müəyyən edildiyindən iddia ona münasibətdə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 dəymiş zərərin əvəzində 400 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı ödəmişdir. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 190 manat Cavabdeh1 alınaraq iddiaçının xeyrinə, ekspertiza tədqiqinin dəyəri olan 50 manat Cavabdeh1 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş zərərin əvəzində 400(dörd yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 190(bir yüz doxsan) manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh1 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-09/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 19 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərər və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş zərərin əvəzində 400(dörd yüz) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 190(bir yüz doxsan) manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh1 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-9/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-9/2024
19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver