Məhkəmə qərarları › İş №2(055)-906/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-906/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-906/2024 29.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı, onun nümayəndəsi (atası) Nümayəndə Cavabdehin nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(056)-1000/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq himayəsində olan 08 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, həmçinin uşağının xəstəliyi ilə bağlı əlavə olaraq cavabdehdən 150 (bir yüz ǝlli) manat müalicə xərci əvəzi kimi pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə aralarında Əlisoltanlı Saatlı RİHB-nin kənd İƏD-si üzrə nümayəndəlikdə bağlanmış xx.xx.2012-ci il tarixli 23 saylı nikah qeydi Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən birgə nikahlarından 08 may 2017-ci ildə anadan olmuş X9 öz yanında qalması, 21 oktyabr 2012ci ildə anadan olmuş X5 adlı uşağın isə atasının yanında qalması müəyyən edilmiş, himayəsində olan X4 yetginlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsinə əsasən Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(055)-295/2022saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Halhazırda alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Belə ki, himayəsində olan uşağı ağır serebral iflic xəstəliyindən əziyyət çəkir, əlildir. Uşağın əlilliyi ilə bağlı 200 manat pensiya, 100 manat isə uşağa qulluq etdiyi üçün pul alır. Hesab edir ki, məhkəmə alimentin artırılmasına dair iddia tələbinə baxarkən himayəsində olan azyaşlı uşaqın xəstəliyi ilə bağlı əlavə xərclərin cavabdehdən tutulub ona verilməsini nəzərə almalıdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, iddiaçı və cavabdeh oğlunun birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X5 hal-hazırda atasının himayəsindədir. Oğlu Vüsal ikinci dəfə ailə həyatı qurmuşdur. X9 isə iddiaçının himayəsindədir. İddiaçı öz himayəsində qalan uşağın əlilliyi ilə bağlı 200 manat pensiya, 100 manat isə uşağa qulluq etdiyi üçün pul alır. Oğlu isə 450 manat maaş alır. Ona görə də, bu halın nəzərə alınmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(055)- 295/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, birgə nikahlarından 08 may 2017-ci ildə anadan olmuş X7 adlı bir nəfər uşağın iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsinin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(055)-295/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 08 may 2017-ci ildə anadan olmuş X7 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Məhkəmə əvvəlki qətnamə ilə müəyyən edilmiş 180 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, cavabdehin də maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Belə ki, əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh “El-Best Construction” şirkətində iş icraçısı vəzifəsində işləyir və onun əmək haqqı 450 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq 200 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir İddianın 08 may 2017-ci il tarixdə anadan olmuş X4 xəstəliyi ilə bağlı cavabdehdən hər ay 150 manat müalicə xərci kimi pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, X4 “uşaq serebral iflic” xəstəsi olması iş materialları ilə təsdiq olunur. Lakin iddiaçı da bildirdiyi kimi o, uşağın əlilliyi ilə bağlı 200 manat pensiya, 100 manat isə uşağa qulluq etdiyi üçün pul alır. Bundan başqa cavabdeh 450 manat əmək haqqı alır. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşaq üçün alimentdən əlavə 150 manat manat məbləğində pulun tutulması yuxarıda qeyd edildiyi kimi onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə əlavə xərcin ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi əlavə xərci onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 may 2017-ci il tarixdə anadan olmuş X9 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay 200 manat alınaraq anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 may 2017-ci il tarixdə anadan olmuş X9 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub anası-İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-906/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 29 avqust 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı, onun nümayəndəsi (atası) Nümayəndə Cavabdehin nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(055)-1000/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 08 may 2017-ci il tarixdə anadan olmuş X9 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub anası-İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar