Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-912/2022 18.11.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Maraqlı şəxs və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə Saatlı rayonu Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən və həmçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 1995-ci ildə el adəti ilə evlənib ailə həyatı quraraq 1997-ci ildə nikahlarını rəsmiləşdirmişlər. 1995-ci ildə ailə həyatı qurduqdan sonra onlar cavabdehin ataanasından qalan, Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Təxminən dörd il əvvəl onlar yaşadıqları evi sökmüş, həmin evin yerləşdiyi həyətyanı sahədə yeni fərdi yaşayış evi, hazırda yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evini tikdirmişlər və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Bir neçə il sonra cavabdehlə aralarında olan münasibət kəskinləşdiyi üçün ayrılmışlar və cavabdeh onu birgə yaşadıqları evdən qovmuşdur. Daha sonra, məhkəmə qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. O hesab edir ki, cavabdehlə yaşadıqları fərdi yaşayış evini birgə təsərrüfat dövründə əldə etdikləri üçün onun da həmin evə yaşayış hüququ vardır. Ona görə də birgə nikah dövründə Saatlı rayonu Əhmədbəyli kəndində tikdikləri və qeydiyyatda olduğu fərdi yaşayış evindən və həyətyanı təsərrüfat tikililərindən və həmçinin həyətyanı sahədən ona istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun qardaşıdır. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı quraraq cavabdehin ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Bundan təxminən dörd il əvvəl həmin ev sökülmüş və həmin evin yerləşdiyi həyətyanı sahədə hazırda iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi tikilmişdir. Lakin həmin evi iddiaçı deyil, o, özü tikmişdir. Qardaşı fiziki və əqli cəhətdən xəstə olduğu üçün ona həmişə köməklik göstərmişdir. Bacısı Maraqlı şəxs razılığı ilə evdə qardaşı Cavabdeh, onun arvadı İddiaçı və onların uşaqları yaşamışlar. Həmin yaşayış evi cavabdehin anası mərhum X5 və Maraqlı şəxs mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. X1 vəfat etmişdir. İddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evi isə cavabdehin bacısı Maraqlı şəxs mülkiyyətindədir. Hazırki iddia tələbi Cavabdeh qarşı deyil, əsl cavabdeh olan Maraqlı şəxs qarşı qaldırılmalı idi. Belə ki, iddiaçı ilə cavabdehin yaşadığı fərdi yaşayış evinə və həmçinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ yoxdur. Ona görə də iddiaçının Cavabdeh qarşı qaldırdığı iddia əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs izahatında göstərdi ki, Cavabdeh onun qardaşı, İddiaçı isə qardaşının keçmiş arvadıdır. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı quraraq cavabdehin ata-anasından qalan və Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Təxminən dörd il əvvəl yaşadıqları ev sökülmüş və həmin evin yerləşdiyi həyətyanı sahədə hazırda iddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi iş üzrə cavabdeh olan qardaşının deyil, onun mülkiyyətindədir. Qardaşı Cavabdeh fiziki və əqli cəhətdən xəstə olduğu üçün böyük qardaşı Nümayəndə həmişə Davuda köməklik göstərmişdir. Evi də böyük qardaşı Nümayəndə tikdirmişdir və onun razılığı ilə həmin evdə qardaşı Cavabdeh, onun arvadı İddiaçı və onların uşaqları yaşamışlar. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə onun və mərhum anası X2 mülkiyyətinə verilmişdir. Göstərdiyi hallar torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz təsdiqini tapmışdır. O, özü hazırda mülkiyyətində olan fərdi yaşayış evində yaşamır, lakin iddiaçının həmin evə köçməyinə razı deyil. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(055)-241/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 04 mart 1997-ci il tarixdə Saatlı rayon Əhmədbəyli KİN-də bağlanmış 09 saylı nikah qeydi pozulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,31 hektar həyətyanı torpaq sahəsi X2 və Maraqlı şəxs mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı rayonu Əhmədbəyli kəndində 0,31 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 146 kv.m sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsusdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 noyabr 2005-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında tərəflərin izahatları ilə və tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikah dövründə yaşadıqları fərdi yaşayış evi Cavabdeh deyil, Maraqlı şəxs mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi isə əvvəllər Maraqlı şəxs və mərhum X2 mülkiyyətinə verilmişdir, hazırda isə Maraqlı şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçının yaşayış hüququ tələb etdiyi fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olduğundan 31 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən iddiaçıya hazırkı cavabdehin əsl cavabdeh olan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Maraqlı şəxs ilə əvəz etməyi və həmin şəxsin əsl cavabdeh qismində işə cəlb edilməsi təklif edilsə də, iddiaçı buna razı olmamış, iddiasının Cavabdeh qarşı baxılmasını məhkəmədən tələb etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsini əsas tutaraq iddia ərizəsində göstərilən tələb üzrə işə baxmağı mümkün hesab etmiş və həmçinin Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında və “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh keçmiş arvadı olmaqla onun keçmiş ailə üzvü olmuşdur və Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında tədqiq olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN 021A KOD 90803038 saylı şəhadətnamə ilə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının tələb irəli sürdüyü fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin hazırda Cavabdeh deyil, Maraqlı şəxs mülkiyyətində olması təsdiq olunmuşdur və iddiaçı Qəmbərova X3 Dürdanə Əli qızının ailə üzvü deyildir. Buradan da görünür ki, iddiaçının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia bu iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyinə və həmin şəxsə münasibətdə əsassız olduğuna görə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 18 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunmadığından məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İxtiyar Abuşov
Məhkəmə qərarları › İş №2(055)-912/2022
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-912/2022
18.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver