Məhkəmə qərarları › İş №2(055)-920/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-920/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-920/2024 18.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 7200 manat pulun, ödənilmiş 92 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Saatlı rayonunun Orta Muğan kəndində Anar adlı şəxsin sexində avtomobil təmiri və rənglənməsi ilə məşğul olur. Cavabdeh 15 fevral 2023-cü il tarixdə “VAZ-21074” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avotomobili ona verməyi, avtomobildə xırda işlər gördükdən sonra satıb 2023-cü ilin mart ayının sonuna kimi ona 7200 manat pul verəcəyini təklif etdiyindən cavabdehin təklifi ilə razılaşaraq özünə məxsus həmin avtomobili sonuncuya vermişdir.Vaxt tamam olduqdan sonra cavabdehdən pulu tələb etdikdə cavabdeh ziyana düşdüyünə görə ondan bir-neçə dəfə vaxt istəmiş, lakin yenə də nəticə olmamışdır. O da cavabdehin onu aldatdığını görüb avtomobilə görə verdiyi etibarnaməni ləğv elətdirmiş və avtomobilin üzərinə həbs qoyulması barədə polisə müraciət etmişdir. Bundan sonra 2023-cü ilin aprel ayında Nuhəli Kərimovun, Rəhim Hətəmovun, Anar Allahverdiyevin, Cavabdeh və onun iştirakı 29 aprel 2023-cü il tarixdə Nuhəli Kərimov tərəfindən akt və iltizam tərtib edilmiş və cavabdeh akta və iltizama imza edərək ona 7200 manat borclu olmasını təsdiq etmişdir. Lakin hal-hazıradək cavabdeh pulu qaytamamışdır. 29 aprel 2023-cü il tarixli akt və iltizam iddia tələbinin əsaslı olmasını bir daha təsdiq edir.Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, müsbət nəticə əldə etməmişdir. Odur ki, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 2(055)-44/2024 saylı mülki iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh əvvəldən tanımamışdır. Saatlı rayonunun Azadkənd kənd sakini olan İlham adlı qohumu Biləsuvar rayonundan olan qohumlarının Cavabdeh avtomobil aldığını, lakin həmin avtomobilə dair etibarnamənin İddiaçı tərəfindən ləğv edilməsi səbəbindən avtomobil üzərinə həbs qoyulmasını bildirmiş və bu problemin həlli məqsədilə köməklik etməsini xahiş etmişdir. O da əvvəlcə İddiaçı tapıb problemlə maraqlandıqda sonuncu Cavabdeh həmin avtomobilə görə ona 7200 manat pul verməli olduğunu və pulu qaytarmadığına görə həmin avtomobilin üzərinə həbs qoyulması barədə müraciət etdiyini göstərmişdir. O da məcbur qalıb Cavabdeh tapmış və birlikdə bu problemi həll etməyə çalışmışdır. Tərəflərə bildirmişdir ki, hazırki problem sizin öz aranızda olan məsələdir. Avtomobili alan qohumu bu məsələyə görə əziyyət çəkməməlidir. Çünki həmin şəxs pul müqabilində avtomobil almışdır. Ya avtomobili təhvil verin, ya da pulunu qaytarın. Surət borcu olduğunu ilk öncə boynuna almamış, bir az söhbətləşdikdən sonra İddiaçı 7200 manat qarşılığında avtomobil aldığını və borcunu qaytaracağını bildirmişdir. Gələcəkdə problem olmaması üçün o akt və iltizam tərtib etməyi təklif etmiş, Cavabdeh latın qrafikalı əlifba ilə yaza bilmədiyi üçün ondan yazmağı xahiş etmiş, o da dizi üzərində vərəqdə iltizam və aktı hazırlamış, Surət də həmin akt və iltizama imza etmişdir. Daha sonra Vahid avtomobilin həbsdən çıxarılmasına razılıq vermişdir. Akt və iltizam tərtib edilərkən yanlarında olan digər şəxslər də həmin akt və iltizama imza etmişlər. Bir daha bildirir ki, Vahid və Surət arasında olan pul məsələsindən əvvəlcədən məlumatı olmamış, sırf qohumunun avtomobil problemi ilə əlaqədar bu işə qoşulmuşdur. İşdə olan 29 aprel 2023-cü il tarixli Nuhəli Kərimov, İddiaçı, Rəhim Hətəmov, Anar Allahverdiyev və Cavabdeh imzası ilə tərtib edilmiş iltizamdan görünür ki, Cavabdeh İddiaçı 7200 manat borclu olduğunu təsdiq etmişdir. İşdə olan 29 aprel 2023-cü il tarixli Nuhəli Kərimov, İddiaçı, Rəhim Hətəmov, Anar Allahverdiyev, Anar Əsgərov və Cavabdeh imzası ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı 7200 manat borclu olduğunu təsdiq etmişdir. İşdə olan səs yazılarının əks olunduğu diskdən görünür ki, Cavabdeh İddiaçı borclu olduğu pulu qaytaracağını bildirir. İşdə olan Anar Səfərxanlı tərəfindən məhkəməyə ünvanlanmış 16 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Anar Səfərxanlı 29 aprel 2024-cü il tarixdə tərtib edilmiş akta imza etmiş, bu zaman Cavabdeh İddiaçıa 7200 manat pul verəcəyini təsdiq etmişdir(Məhkəmə baxışı zamanı Anar Səfərxanlı ilə mobil telefon vasitəsilə əlaqə yaradılmış, sonuncu ərizəsində göstərdiklərini telefonla bir daha təsdiq etmişdir). İşdə olan 2(055)-44/2024 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 4/1915 nömrəli rəyindən görünür ki, 29 aprel 2023-cü il tarixli aktın üz tərəfinin sonunda “Cavabdeh” yazıları önündəki imzanın və arxa tərəfində olan iltizamın orta hissəsində “4.Cavabdeh” yazıları qarşısındakı imzanın və həmin iltizamın sonunda “Cavabdeh” yazıları qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan 2(055)-44/2024 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli 4/360 nömrəli rəyindən görünür ki, 29 aprel 2023-cü il tarixli aktın sonunda “Cavabdeh” yazıları önündəki imzanın və iltizamın orta və aşağı hissəsində “4. Cavabdeh”, “Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin yuxarıda göstərilən halları tərəflər arasında 2023-cü ildə avtomobillə bağlı nisyə alğı-satqı münasibətlərinin yaranmasını göstərir. İddia tələbininin əsaslılığı isə iddiaçının izahatı, 29 aprel 2023-cü il tarixli akt və iltizam, şahid X1 ifadəsi, Anar Səfərxanlının ərizəsi və digər sübutlarla öz təsdiqini tapır. Bundan başqa, 2(055)-44/2024 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı Cavabdeh 29 aprel 2023-cü il tarixli akt və iltizamda olan imzaların ona məxsus olmadığını bildirdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyləri ilə 29 aprel 2023-cü il tarixli akt və iltizamda Cavabdeh tərəfindən icra edilməsi göstərilən imzaların sonuncuya məxsus olub-olmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, həmin rəylərdə müvafiq imzaların cavabdehə məxsus olduğu inkar edilmədiyindən məhkəmə həmin rəyləri də iddia tələbinin əsaslı olmasını təsdiq edən dolayı sübut kimi qəbul edir. Buradan da görünür ki, İddiaçı Cavabdeh 7200 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 7200 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı 92 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 92 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7200(yeddi min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 192(bir yüz doxsan iki) manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-920/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 18 noyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7200(yeddi min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 92 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 192(bir yüz doxsan iki) manat cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar