Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-921/2023 14.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5221.3 manat əsas borcun, 657.47 manat faiz borcunun, 28.49 manat cərimənin, cəmi 5907.26 manat borcun və ödənilmiş 79.08 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 01 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 35 ay müddətinə, illik 23%-lə qaytarmaq şərti ilə 5330 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən qeyd olunan məbləğdə krediti borc alanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə krediti faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə onun banka kredit müqaviləsi üzrə 5221.3 manat əsas borc, 657.47 manat faiz borcu, 28.49 manat cərimə, cəmi 5907.26 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 5221.3 manat əsas borcun, 657.47 manat faiz borcunun, 28.49 manat cərimənin, cəmi 5907.26 manat borcun və ödənilmiş 79.08 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsinin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 01 dekabr 2022-ci il tarixli, 647nkSLY/22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 23% olmaqla 35 ay müddətinə 5330 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edimiş iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, 647nkSLY/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə əsas borcu 5221.3 manat, faiz borcu 657.47 manat, cərimə borcu 28.49 manat, cəmi borcu 5907.26 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, 647nkSLY/22 saylı kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan 35 ay müddətinə illik 23% ödəmək şərtilə 5330 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə 5221.3 manat əsas borcu, 657.47 manat faiz borcu, 28.49 manat cərimə, cəmi 5907.26 manat borcu yaranmışdır və iddiaçı həmin borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, 01 dekabr 2022-ci il tarixli, 647nkSLY/22 saylı kredit müqaviləsi üzrə iddiaçı 5221.3 manat əsas borcun, 657.47 manat faiz borcun, 28.49 manat cərimənin, cəmi 5907.26 manat borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 01 dekabr 2022-ci il tarixli, 647nkSLY/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 5221.3 manat əsas borc, 657.47 manat faiz borcu, 28.49 manat cərimə, cəmi 5907.26 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 79.08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 79.08 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01 dekabr 2022-ci il tarixli, 647nkSLY/22 saylı kredit müqaviləsi üzrə 5221.3 manat əsas borc, 657.47 manat faiz borcu, 28.49 manat cərimə, cəmi 5907 (beş min doqquz yüz yeddi) manat 26 (iyirmi altı) qəpik alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 79 (yetmiş doqquz) manat 08 (səkkiz) qəpik dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-921/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-921/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver