Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-93/2023 15.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10609.49 manat əsas borcun, 1494.45 manat faiz borcunun, cəmi 12103.94 manat borcun, 126.31 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4713078A159 saylı kredit müqaviləsinə əsasən cavabdehə 32 ay müddətinə, illik 20% dərəcəsi ilə qaytarmaq şərti ilə 10620.68 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Bundan sonra iddiaçı tərəfindən həmin borcun məhkəmədən kənar qaydada ödənilməsi barədə cavabdehlə danışıqlar aparılmış, xəbərdarlıq göndərilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, nəticədə cavabdehin iddiaçıya 10609.49 manat əsas borcu, 1494.45 manat faiz borcu, cəmi 12103.94 manat borcu yaranmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb Cavabdeh 10609.49 manat əsas borcun, 1494.45 manat faiz borcunun, cəmi 12103.94 manat borcun və 126.31 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bu xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli, RGTK4713078A159 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 20% olmaqla 32 ay müddətinə 10620.68 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 10609.49 manat, faiz borcu 1494.45 manat, cəmi 12103.94 manat borcu vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edimiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli, 9/701 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 02 dekabr 2022-ci il tarixə əsas borc üzrə 10609.49 manat, faiz borcu üzrə 1203.21 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4713078A159 saylı kredit müqaviləsinə əsasən cavabdehə 32 ay müddətinə, illik 20% dərəcəsi ilə qaytarmaq şərti ilə 10620.68 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək kredit müqaviləsi üzrə borcu tam ödəməkdən yayınmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10609.49 manat əsas borcu, 1494.45 manat faiz borcu, cəmi 12103.94 manat borc hesablanmışdır. Cavabdeh iddia ərizəsi ilə razı olmadığı üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2023-cü il tarixli, 9/701 nömrəli məhkəmə ekspert rəyi ilə cavabdehin 02 dekabr 2022-ci il tarixə əsas borc üzrə 10609.49 manat, faiz borcu üzrə 1203.21 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən dəyərləndirərək hesab edir ki, Cavabdeh 02 dekabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24 iyun 2019-cu il tarixə əsas borc üzrə 10609.49 manat, faiz borcu üzrə 1203.21 manat borcu olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2023-cü il tarixli, 9/701 nömrəli məhkəmə ekspertizası rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 10609.49 manat əsas borc, 1203.21 manat faiz borcu, cəmi 11812.70 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 126.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş 04 aprel 2023-cü il tarixli, 9/701 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126.31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyəri olan 100 manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10609.49 manat əsas borc, 1203.21 manat faiz borcu, cəmi 11812 (on bir min səkkiz yüz on iki) manat 70 (yetmiş) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 126 (bir yüz iyirmi altı) manat 31 (otuz bir) qəpik dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-93/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-93/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver