Məhkəmə qərarları › İş №2(055)-932/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-932/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-932/2023 04.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 dəymiş zərərin əvəzində 400 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 70 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzində 350 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 70 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat tarixi 14 aprel 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Ağarəhimli kəndində yerləşən 0.3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahəsində yonca bitkisi əkmiş, lakin cavabdehlərə məxsus ümumilikdə 20 başa yaxın iri buynuzlu heyvan yonca sahəsinə girərək otlamış, nəticədə ona 350 manat maddi ziyan vurulmuşdur. Bu hal Saatlı DAİM-in bitkiçilik sektorunun 08 sentyabr 2023-cü il tarixli rəyi ilə bir daha təsdiq olunur.Cavabdehlərə məxsus heyvanların onun əkin sahəsində otlmasını şəxsən görmüşdür.Hətta bir dəfə heyvanların sahibini dəqiqləşdirmək üçün onları əkin sahəsindən çıxarıb öz həyətinə gətirmiş, bu zaman cavabdehlər həyətə gələrək bir daha heyvanların əkin sahəsinə girməyəcəyini bildirib heyvanları aparsalar da, nəticə olmamışdır. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir.Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat tarixi 14 aprel 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, Saatlı şəhəri, Ağarəhimli kəndində yerləşən 0.3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı DAİM-in bitkiçilik sektorunun 08 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan əkin sahəsinə baxış keçirilmiş, əkin sahəsində iri buynuzlu mal-qaranın otarılması nəticəsində əkinə təqribən 1,5-2 ton(75-100 ədəd ot bağı) miqdarında ziyan vurulduğu aşkarlanmış, əkin sahəsində bitkinin sıxlığını,rayon üzrə orta məhsuldarlığı və cari mövsümdə 1 ədəd ot bağının orta qiymətinin 3.50 AZN olduğunu nəzərə alaraq İddiaçı dəymiş ziyanın təqribən 350 AZN civarında olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən qeydiyyat tarixi 14 aprel 2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Ağarəhimli kəndində yerləşən 0.3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində yonca bitkisi əkmiş, lakin cavabdehlərə məxsus ümumilikdə 20 başa yaxın iri buynuzlu heyvan iddiaçıya məxsus yonca sahəsinə girərək otlamış, nəticədə İddiaçıya 350 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda iddiaçı ona dəymiş 350 manat maddi ziyanı tələb edir. İddiaçıya ziyan dəyməsi və dəymiş ziyanın məbləğinin 350 manat olması Saatlı DAİM-in bitkiçilik sektorunun rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzində 350 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu və 70 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 70 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzində 350 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 70 manat xidmət haqqı, cəmi 450(dörd yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Ə sli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-932/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 04 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Beşir oğlu, Cavabdeh2 Təvəkgül oğlu və Cavabdeh3 müştərək qaydada dəymiş zərərin əvəzində 350 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu və 70 manat xidmət haqqı, cəmi 450(dörd yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar