Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-934/2024 15.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı “Unibank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “Unibank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2593,8 manat əsas, 489,32 manat faiz, 60,1 manat cərimə borcu olmaqla ümumilikdə 3143,22 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 54,44 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsinə və 04 aprel 2023-cü il tarixli ərizəsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 28,75% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 04 aprel 2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla «X1» Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2593,8 manat əsas,489,32 manat faiz, 60,1 manat cərimə borcu olmaqla ümumilikdə 3143,22 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 2593,8 manat əsas, 489,32 manat faiz, 60,1 manat cərimə borcu olmaqla ümumilikdə 3143,22 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 54,44 ödənilmiş dövlət rüsumunun alınıb «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsa da, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh «X1» X2 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İşdə olan 04 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, bu müqavilə əsasında iddiaçı «X1» X2 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh müqavilə üzrə 36 ay müddətinə illik 28,75% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 01 iyul 2024-cü il tarixli arayışdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh «X1» X2 Səhmdar Cəmiyyətinə 2593,8 manat əsas borcu, 489,32 manat faiz borcu, 60.1 manat cərimə borcu, cəmi 1343,22 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh 36 ay müddətinə illik 28,75% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 04 aprel 2023-cü il tarixdə ərizə (aksept) imzalamaqla «X1» X2 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2593,8 manat əsas,489,32 manat faiz, 60,1 manat cərimə borcu olmaqla ümumilikdə 3143,22 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 2593,8 manat əsas, 489,32 manat faiz, 60,1 manat cərimə borcu olmaqla ümumilikdə 3143,22 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3051.98 manat əsas borc, 293.83 manat faiz borcu, 56.92 manat cərimə borcu, cəmi 3402.73 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2593,8 manat əsas, 489,32 manat faiz, 60,1 manat cərimə borcu olmaqla ümumilikdə 3143,22 manat borc alınıb iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, «X1» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 51,44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51,44 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2593,8 manat əsas borc, 489,32 manat faiz borcu, 60,1 manat cərimə borcu olmaqla, cəmi 3143,22 (üç min yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik pul alınıb iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 51 (əlli bir) manat 44 (qırx dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-934/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-934/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver