Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-935/2022 04.11.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh 7000 ABŞ dolları pulun və 126 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onların evlərində usta işləyən zaman ondan 2019-cu ilin oktyabr ayında 5000 ABŞ dolları məbləğində pulu, daha sonra isə həmin ilin iyun ayında 3000 ABŞ dolları məbləğində pulu 2020-ci ilin yanvar ayının sonunadək qaytarmaq şərti ilə borc almışdır. Cavabdeh 8000 ABŞ dolları məbləğində olan borc pulun 1000 ABŞ dolları dəyərində olan hissəsini qaytarmış, lakin 7000 ABŞ dolları məbləğində pulu hal-hazıradək qaytarmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ona olan borcunu ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh 7000 ABŞ dolları pulun və 126 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı və onun nümayəndəsi X3 məhkəmə iclasında iştirak etməsə də, iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bu xahişini nəzərə alaraq məhkəmə iclasının iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, İddiaçı Aygün kimi tanımış, iddia ərizəsi ilə məhkəməyə müraciət olunandan sonra iddiaçının əsl adının Sevinc olduğunu bilmişdir. O həqiqətən də, İddiaçı 8000 ABŞ dolları pul almışdır. Lakin həmin məbləğ ona borc kimi verilməmişdir. Belə ki, iddiaçı müəyyən məbləğdə əlində pul olduğunu, istifadə etmək üçün kiməsə faizə verib qazanc əldə etmək istədiyini bildirmiş, o isə pula ehtiyacı olmadığını demişdir. İddiaçının təkid etdiyini görüb razılaşmış və həmin pulu “Sədərək” ticarət mərkəzində işləyən bacanağı X2 vermiş, bundan sonra pul məsələsi ilə bağlı hər hansı fəaliyyəti olmamışdır. Belə ki, Etimad və Sevinc öz aralarında razılaşmışlar. O, sadəcə vasitəçi olmuşdur. Onda olan məlumata görə Etimad iki il ərzində hər ay 630 manat olmaqla Sevincə pul vermişdir. Sonradan “Covid-19” pandemiyası ilə əlaqədar Etimadın maddi vəziyyəti pisləşdiyindən ödəniş dayanmışdır. Bir daha bildirir ki, o, Sevincin verdiyi puldan istifadə etməmişdir. Hesab edir ki, puldan istifadə etmədiyi və borc Etimad tərəfindən qaytarıldığından iddiaçı həmin borcu ondan tələb edə bilməz. Odur ki, iddianı rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Cavabdeh ilə bacanaqdır. İddiaçı isə isə bacanağı Nəbi vasitəsilə Aygün kimi tanımış, sonradan onun əsl adının Aygün deyil, Sevinc olduğunu öyərnmişdir. Həqiqətən də, İddiaçı məxsus 8000 ABŞ dolları məbləğində pulu Cavabdeh almış və həmin pulu 24 ay ərzində ayda 630 manat olmaqla iddiaçıya qaytarmışdır. Cavabdeh sadəcə vasitəçilik etmişdir. İddiaçı ilə razılaşması belə olmuşdur ki, ayda 630 manat iddiaçıya pul ödəyəcək, bu isə yekunda iddiaçının verdiyi məbləğdən də artıq elədiyindən iddiaçının da mənfəəti olacaqdır. Bu qayda ilə təxminən 15000 manat iddiaçıya pul qaytarmışdır. Sonradan “Covid-19” pandemiyası ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və bundan sonra Sevincə verilən ödəniş dayanmışdır. O, iddiaçıya borclu olduğu pul məbləğini tam şəkildə qaytarmış, əlavə olaraq da 2000 manata yaxın artıq pul ödəmişdir. Belə olan halda nə onun, nə də ki, cavabdehin iddiaçıya borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh Xəzər rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə verdiyi 11 may 2022-ci il tarixli izahatının surətindən görünür ki, Cavabdeh İddiaçı 8000 ABŞ dolları aldığını etiraf etmişdir. Məhkəmə cavabdehin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında borc öhdəliyi ilə bağlı yazılı sübutlar olmasa belə, işin yuxarıda göstərilən halları 2019-cu ildə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edir. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh 2020-ci ilin yanvar ayının sonunadək qaytarmaq şərti ilə İddiaçı 2019-cu ildə 8000 ABŞ dolları borc aldığını qəbul edir. Bu hal cavabdehin izahatı, iş materialları və şahidin ifadəsi ilə bir daha öz təsdiqini tapır. Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Lakin cavabdeh öz etirazının əsas dəlili kimi pul məbləğini o deyil, bacanağı Etimad Əlirzayevin istifadə etdiyini və sonuncunun da borcu qaytardığını göstərərək iddiaya cavab verməli olan şəxs olmadığını göstərir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin qeyd olunan dəlili ilə bağlı göstərir ki, əvvəla, borc münasibətləri iddiaçı ilə onun arasında yaranmış və sonradan cavabdehin pul məbləğini üçüncü şəxsə verməsi və üçüncü şəxsin iddiaçı ilə əlaqə qurması cavabdehin öhdəlikdən azad edilməsinə səbəb ola bilməz. İkincisi, MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir.Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə borcun qaytarılması hissəsində sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə borcun qaytarılmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlilləri tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li qərarının 10-cu bəndində qeyd olunduğu kimi məhkəmə qərarlarında alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər tələb xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin məhkəmə qərarının icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 7000 ABŞ dolları pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı verilməlidir. İşdə olan 11 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 126 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) ABŞ dolları borc icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq İddiaçı verilsin. Cavabdeh 126 (bir yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-935/2022
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-935/2022
04.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver