Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-949/2023 19.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh 15717 manat pulun, 137 manat ödənilmiş dövlət rüsumunun və 100 manat xidmət haqqının alınaraq onun xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, hazırda Bakı şəhərində yaşayır və “Hədəf nəşrləri” nəşriyyat evində işləyir. Cavabdeh xalası oğludur və Türkiyə Respublikasında yaşayır. 2022-ci ilin dekabr ayında Cavabdeh ona telefonla zəng edərək Türkiyədə “İphone” markalı mobil telefonların qiymətinin Azərbaycandakı qiymətlərə nisbətən ucuz olduğunu və həmin telefonlardan kim istəyərsə göndərə biləcəyini demiş, o da Türkiyədən həmin telefonlardan gətirtmək qərarına gəlmişdir. Beləliklə, Cavabdeh əvvəlcə özü üçün, daha sonra qardaşı Ənvər və daha iki nəfər şəxs, yəni X5 və X2 üçün “İphone” markalı mobil telefon alınmasına görə pullar göndərmişdir. Ümumilkdə Cavabdeh 16 dekabr 2022-ci il tarixdən başlayaraq 22 yanvar 2023-cü il tarixə kimi 17417 manat pul göndərmişdir. Həmin pullar cavabdehin ona göndərdiyi iki ədəd bank katına köçürülmüşdür. Həmin bank kartlarının biri Şahmalın qardaşı Şahmarın, digəri isə Şahmarın nışanlısı X1 adına olmuşdur.Cavabdehə inandığından əvvəlki telefonlar gəlməmiş digər telefonların da pulunu qabaqcadan göndərmiş, sonuncu isə hər dəfə telefonla danışanda yaxın vaxtlarda telefonları göndərəcəyini bildirmişdir. Lakin sonradan Cavabdeh müxtəlif bəhanələr gətirməyə başlamış, bir dəfə isə telefonların bir hisəsini göndərdiyini, lakin Gürcüstan ərazisində problem yarandığı üçün telefonların yenidən ona qaytarıldığını demiş, lakin telefonlar göndərilməmişdir. Cavabdehlə dəfələrlə “WhatsApp” mesajlaşma proqramı vasitəsi ilə həm yazılı, həm də səs göndərməklə əlaqə saxlasa da, nəticə olmamışdır. Sonda cavabdehin onun aldatmasından əmin olub pulunu tələb etməyə başladıqda, Şahmal 17417 manat puldan ona hissə-hissə olmaqla, ümumilikdə 1700 manat pul qaytarmış, lakin qalan 15717 manat pulu qaytarmamış, onunla telefon əlaqəsinə girməmişdir. O da məcbur olub məhkəmədə iddia qaldırmışdır.Sonda göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı doğma qardaşı, cavabdeh isə xalası oğludur. Belə ki, 2022-ci ilin dekabr ayında Cavabdeh iddiaçıya telefonla zəng edərək Türkiyədə “İphone” markalı mobil telefonların qiymətinin Azərbaycandakı qiymətlərə nisbətən ucuz olduğunu və həmin telefonlardan kim istəyərsə göndərə biləcəyini demiş, qardaşı da Türkiyədən həmin telefonlardan gətirtmək qərarına gəlmişdir. Qardaşı bu barədə ona dediyi üçün o da “İphone” markalı mobil telefon gətirtmək istəmiş və bu məqsədlə cavabdehə verilməsi üçün qardaşı Səbuhiyə 3500 manat pul vermiş, sonuncu da həmin pulu cavabdehə göndərmişdir. Cavabdeh iddiaçı tərəfindən 16 dekabr 2022-ci il tarixdən başlayaraq 22 yanvar 2023-cü il tarixə kimi ümumilikdə 17417 manat pul göndərilmiş və həmin pullar iki ədəd bank katına köçürülmüşdür. Şahmal 17417 manatdan hissə-hissə olmaqla, ümumilikdə 1700 manat pul qaytarmış, lakin qalan 15717 manat pulu qaytarmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, iddiaçı ilə birlikdə Bakı şəhərində yerləşən “Hədəf nəşrləri” nəşriyyat evində işləyir.2022-ci ilin sonlarında iddiaçı ona xalası oğlu Şahmalın Türkiyədən ucuz qiymətə “İphone” markalı mobil telefonları alıb göndərə biləcəyini, qiymətinin isə Azərbaycandakı qiymətlərə nisbətən ucuz olduğunu demiş, o da sərfəli olduğunu düşünüb razılaşaraq, bu məqsədlə cavabdehə verilməsi üçün iddiaçıya 4400 manat pul vermiş, sonuncu da həmin pulu cavabdehə göndərmişdir.Lakin mobil telefonlar gəlməmiş və cavabdehin iddiaçını aldatdığı məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 17417 manat pul göndərilmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Cavabdeh Türkiyə Respublikasından “İphone” markalı telefonların alınmasına görə ümumilikdə 17417 manat pul göndərsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək telefonları iddiaçıya təhvil verməmiş, 17417 manat puldan hissə-hissə olmaqla, ümumilikdə 1700 manat pul qaytarsa da, qalan 15717 manat pulu qaytarmamışdır. Bu hal iddiaçının izahatı, ödəniş qəbzləri və şahid ifadələri ilə təsdiq olunur. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 15717 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15717 manat pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan Cavabdeh 100 manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumu olaraq 137 manat, cəmi 237 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 15717 (on beş min yeddi yüz on yeddi) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 100 manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumu olaraq 137 manat, cəmi 237 (iki yüz otuz yeddi) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-949/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-949/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver