Məhkəmə qərarları › İş №2(055)-956/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-956/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-956/2023 05.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 14 may 2022-ci il tarixli, 40007382 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2352.99 manat əsas borcun, 43.53 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 14 may 2022-ci il tarixli, 40007382 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2861.99 manat dəyərində nisyə mal almış, həmin mala görə 2861.99 manat borcu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 114 manat ödəniş etməklə 25 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC ilə digər Cavabdeh2arasında 14 may 2022-ci il tarixli, 40007382 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan 2861.99 manat məbləğindəki tələb hüququ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 2352.99 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 18 noyabr 2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2352.99 manat əsas borcun, 43.53 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 14 may 2022-ci il tarixli, 40007382 saylı nisyə alqı satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə ilə Cavabdeh1 "xxxx" MMC-dən 2861.99 manat dəyərində olan məhsulu nisyə şəkildə almış və həmin malın dəyərini aylıq 114 manat olmaqla 25 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 may 2022-ci il tarixli, 40007382 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 "xxxx" MMC ilə bağladığı 14 may 2022-ci il tarixli, 40007382 saylı kredit müqaviləsi ilə əlaqədar zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə "xxxx" MMC qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 14 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 2861.99 manat dəyərində olan məhsulu "xxxx" MMC-dən təhvil almışdır. İşdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 28 fevral 2019-cu il tarixli tələbin güzəşti barədə R-16/19 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş 09 iyun 2022-ci il tarixli R-xx/xx-0220 saylı sazişdən görünür ki, "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və digər borclulardan borcunu tələb etmək hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) keçmişdir. İşdə olan 25 iyun 2023-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 25 iyun 2023-cü il tarixə ödənilməmiş 2352.99 manat borcu vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 17 iyun 2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı adı İddiaçı Qapalı Səhmdar Cəmiyyətidir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 657.2-ci maddəsinə əsasən faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. Həmin Məcəllənin 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Щямин Мяъяллянин 472.2-ъи маддясиня ясасян яgər zaminlik mцqaviləsində ayrы qayda nəzərdə tutulmayыbsa, faizlərin, borc tutulmasы цzrə məhkəmə xərclərinin və borclunun юhdəliyi icra etməməsi və ya lazыmыnca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin юdənilməsi də daxil olmaqla, zamin kreditor qarшыsыnda borclu ilə eyni həcmdə məsuliyyət daшыyыr. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14 may 2022-ci il tarixli, 40007382 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 109 manat ödəməklə cavabdeh 2861.99 manat dəyərində nisyə mal almış, həmin mala görə 2861.99 manat borcu isə müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 114 manat ödəməklə 25 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC ilə digər Cavabdeh2arasında 14 may 2022-ci il tarixli, 40007382 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə və ona əlavə edilmiş sazişə əsasən "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan 2861.99 manat məbləğindəki tələb hüququ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti) keçmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmiş, lakin cavabdeh aldığı mala görə borcunu tam ödəməmiş və nəticədə iddiaçıya 2352.99 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 18 noyabr 2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 2352.99 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2352.99 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2352.99 manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 43.53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43.53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2352 (iki min üç yüz əlli iki) manat 99 (doxsan doqquz) qəpik alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 43 (qırx üç) manat 53 (əlli üç) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar