Məhkəmə qərarları › İş №2(055)-985/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-985/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-985/2024 30.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh 1030 manat pulun, 30 manat dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi 1110 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qǝt edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, işlənmiş mal-materialın alqı-satqısı ilə məşğul olur. Aralarında olan razılaşmaya əsasən 2023-cü ilin axırlarında Cavabdeh 1030 manata dəmir boru satmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona satmış olduğu dəmir borulara görə ona borclu qaldığı 1030 manat pulu hal-hazıra kimi ödəməmişdir. Pulunu tələb etdikdə isə onu təhqir etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, o İddiaçı 800 manat dəyərində dəmir borular almışdır. Onundan 100 manatını ödəmişdir. Sonradan Atamoğlanın şəriki Bəybala ona zəng etmişdir ki, 450 manat ver borcunu tam silək, o da atasına demiş, atası da aparıb Bəybalaya 450 manat pul vermişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh işlənmiş dəmir boru satmışdır. Bu hal işin mübahisəsiz halıdır, çünki cavabdeh iddiaçıdan işlənmiş dəmir boru almasını özü də etiraf etmişdir. Lakin məhkəmə iddianın qiyməti ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə satdığı işlənmiş dəmir borunun dəyərinin 1030 manat olmasını sübut edə bilməmişdir. Cavabdeh isə iddiaçıdan 800 manat dəyərində işlənmiş dəmir boru aldığını etiraf etmişdir. Nə qədərki iddiaçı cavabdehə satdığı işlənmiş dəmir borunun dəyərinin 1030 manat olduğunu sübut edə bilmir, məhkəmə cavabdehin etirafını əsas götürərək hesab edir ki, iddia 800 manat hissəsində təsdiq olunur. Bundan başqa cavadeh iddiaçıdan aldığı işlənmiş dəmir borunun dəyərini ödədiyini bildirmişdir. Lakin cavabdeh bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, həyətlərdən turba alıb İddiaçı satır. Atamoğlan Turala dəmir turba satan günü ora gəldiyində onlar alqı-satqı etmişdilər. Atamoğlan Turala 114-lük, 76-lıq turbalar vermişdi. Təxminən 40 ədəd olardı. O, gəldiyində dəmir turbaları motosikletə yükləyib aparırdılar. Danışıqlarda Onlarının yanında olmamışdır. İddiaçı soruşmuş və o demişdir ki, 1030 manat borclu qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, qardaşı İddiaçı yanında motosiklet sürür. Cavabdeh gəlmişdir ki, ona dəmir turba lazımdır. Ölçüb hesablayıb dəmir turbaları motosikletə yükləmişlər. Dəmir turbaları Cavabdeh evinə aparmışlar. Məhkəmə şahidlərin ifadələrin sübut qismində qəbul etməyərək qeyd edir ki, şahidlərdən biri iddiaçının qardaşı, biri də dostudur. Onlar iş üzrə maraqlı şəxs olmaqla, obyektiv ifadə vermələri şübhə doğurur. Ona görə də onların ifadələri mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 800 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu və xidmət haqqı olaraq 50 manat vəkil bürosuna ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu 30 manat və xidmət haqqı olaraq vəkil bürosuna ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 800 manat pul, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və xidmət haqqı olaraq vəkil bürosuna ödənilmiş 50 manat, cəmi 880 (səkkiz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-985/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 30 sentyabr 2024-cü il Saatlı şəhəri Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 800 manat pul, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və xidmət haqqı olaraq vəkil bürosuna ödənilmiş 50 manat, cəmi 880 (səkkiz yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar