Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1019/2023 11.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi X1 Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi» üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi» üzrə sadələşmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı Cavabdeh Əlimirzə qızından xx.xx.2022-ci il tarixli R0043125 saylı müqaviləyə əsasən 599 manat əsas borc məbləği, 31 manat faiz borcu, 36 manat cərimə borcu və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul olmaqla cəmi- 696 manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 26 may 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ümumilikdə 666 manat pulun alınmasına dair tələbini qəbul etmədiyini, müəyyən vaxtlarda ödənişlər etdiyini və bunun nəzərə alınmadığını əsas gətirərək, işə açıq məhkəmə iclasında , onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh etiraz ərizəsini mümkün hesab edərək 06 iyun 2023-cü il tarixdə işə iddia icraatı qaydasında baxılması barədə qərar qəbul etmişdir. Məhkəmə tərəfindən tərəflərə rəsmi qaydada məhkəmənin yeri vaxtı barədə bildiriş göndərilsə də, iddiaçınin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə hər hansı bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, qərəzsiz və obyektiv araşdıraraq belə qənaətə gəlmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarını tədqiq edən zaman məhkəmə müəyyən etmişdir ki, iddiaçının ərizədə göstərdiyi dövlət rüsumunun ödənilməsinə dair **********52 saylı qəbz İddiaçı MMC-nin iddiaçı olduğu digər 2(056)1018/2023 saylı mülki iş üzrə iddia tələbi barədə ərizədə artıq istifadə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Repspublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Repspublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsinə əsasən: 150.1.2. madənin tələbinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir. Həmin Məcəllənin 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə işi baxılmamış saxlayır. Qeyd olunan əsaslar nəzərə alınaraq iddiaçıya izah edilməlidir ki, işin baxılmamış saxlanması onun qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəmədə iddia qaldırmasına mane olmur. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləlsinin 149,150.1.2, 259.0.12, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN:FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-1019/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1019/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver