Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1066/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1250 manat pul məbləğinin və tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasnıda iddia ərizəsinin məzmumuna uyğun izahat verərək göstərdi ki, cavabdehi xeyli müddətdir ki, yaxından tanıyır, bir-birilərinə həmişə hörmətlə yanaşmışlar. Belə ki, cavabdeh onun yaşadığı evlə qonşuluqda usa kimi işləmiş, beləcə münasibətləri yaranmışdır. 2015-ci ildə pula ehtiyacı olduğu üçün anası ona bir neçə qızıl-zinət əşyasını gətirib vermiş, cavabdeh də qızıllar ona verilərkən orada olmuş və qızılları satacağını bilmişdir. Bu zaman cavabdeh ona həmin qızılları aparıb arvadına göstərməsini, özünün satın alacağını bildirmiş, qızılları ondan 1250 manata razılaşmaqla götürüb aparmışdır. Cavabdeh ondan almış olduğu qızıl-zinyət əşyalarının haqqını ödəmədiyindən hal-hazırda 1250 manat məbləğində ona borcu yaranmışdır. Cavabdehin bildirdiyinə görə almış olduğu qızıl-zinyət əşyalarını satmış, lakin pulunu başqa vacib işlərinə xərcləmişdir, ona görə də, hal-hazırda borclu olduğu pul məbləğini ona qaytarmaq imkanında deyildir. Cavabdehdən pulun alınması ilə əlaqədar Sabirabad rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət əsasında Sabirabad rayon Polis Şöbəsin araşdırma aparılmış və “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə Qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı izahat vermiş cavabdeh qeyd etmiş olduğu faktiki əsasları təsdiq etmişdir. Adı çəkilən Qərarda ona bildirilmişdir ki, araşdırılan şikayət ərizəsi mülki xarakterlidir və o səbəbdən də məhkəməyə müraciət olunmalıdır. Qeyd etdiyi əsaslara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı onun oğludur. 2015-ci ildə pula ehtiyacı olduğu üçün 1250 manat dəyərində qızıl oğluna vermişdir ki, satsın. Təsadüfən söhbətin üstünə hazırki iş üzrə Cavabdeh gəlmiş, onlara demişdir ki, qızılı versin və aparıb arvadına göstərsin. Əgər xoşuna gəlsə götürəcəkdir. Lakin, nə qızılı və nə dəki onun pulunu gətirmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1250 manat dəyərində qızl-zinət əşyasını Cavabdeh nisyə olaraq satmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə və borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir. Məhkəmə iddia tələbini nisyə satılmış mala görə ödənilməmiş 1250 manat pulun qaytarılması hissəsində tam əsaslı hesab edir. Belə ki, iş üzrə iddiaçının izahatından və şahidin ifadəsindən görünür ki, tərəflər arasında nisyə alqı-satqı münasibəti olmuş, iddiaçı satmış olduğu qızılları cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyərək satın almış olduğu qızılların dəyərini iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 33 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nisyə satılmış mala görə ödənilməli olan 1250 manat pul və ödənilmiş dövlət rüsumu 33 manat olmaqla, cəmi 1283 (bir min iki yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1066/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1066/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver