Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1066/2025 04.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 (üç min) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və iddia ilə bağlı ödədiyi dövlət rüsumunun əvəzi 71 manat vəsaitin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qayınatası Mülkəli Şammədov ilə ailəvi dostluqları olub, əvvəllər bir-birilərinə gediş-gəlişləri olmuşdur. Cavabdeh1 onun yanına gələrək onun təcili pula ehtiyacı olduğunu bildirmişdir. O, da nə qədər ehtiyacı olduğunu soruşduqda, ona 3000 (üç min) ABŞ dolları pula ehtiyacı olduğunu bildirmişdir. O, da onun qayınatasına inandığı üçün yanında olan hal şahidlərinin (Əvəz Qaravev, Rəşid Məmmədov, X2 və Cabbar Bağırov) iştirakları ilə 3000 (üç min) ABŞ dolları pulu 22 sentyabr 2024-cü il tarixdə şəxsən Cavabdeh1 nağd şəkildə təqdim etmiş, sonuncu ona həmin pulu 1 ay müddətinə yəni 22 oktyabr 2024-cü il tarixədək qaytaracağına söz vermiş, bu barədə iltizam da tərtib edilmiş və hal şahidləri ilə birlikdə Cavabdeh1 da həmin iltizama imza etmişdir. O, isə Cavabdeh1 ilə 25 oktyabr 2024-cü il tarixdə istifadəsində olan mobil telefonla əlaqə saxladı ki, vaxtdan keçir, bəs pul hanı ona müxtəif bəhanələr gətirərək pambıq əkdiyini və 2-3 gün ərzində qaytaracağını, bundan başqa xiyar əkini etdiyini və ondan da pul götürən zaman qaytaracağını belə-belə vədlər verərək hətta dayısı oğlunun da Qarabağ da işlədiyini və oradan da aldığı pulu ona verəcəyini bildirmişdir. Bütün bunların bəhanə olması faktı müəyyən edilir. Bununla bağlı Cavabdeh1 səs yazıları da onda var. Hətta foto şəkilləri və video yazıları da vardır. Lakin o gündən bu günədək Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göründüyü kimi ona olan borcunu da qaytarmır. O, da bu barədə Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onun hazırda iddiaçıya borcu qalmamışdır. Belə ki, o, 2024-cü ildə iddiaçıdan 1100 manat pul götürərək 13 günə qaytarmış, yenidən 1500 manat götürərək 1 aya qaytarmış, sonra isə 3000 manat pul götürmüş, həmin 3000 manat vəsaitin bir hissəsi 1700 ABŞ dolları, digər hissəsi isə manatdan ibarət olmuşdur. Eyni zamanda iddiaçı, ona verdiyi borc məbləğinə əlavə olaraq faiz hesablayaraq borcun həcmini şişirtmişdir. Hər dəfə verdiyi puldan artıq məbləğ göstərərək, məsələn 1100 götürəndə, iddiaçı 2000 manata qəbz yazdırırmış. 3000 ABŞ dolları məbləğinə də həmişəki qayda ilə qəbzə imza çəkdirməklə, daha aşağı məbləğdə borc pul vermişdir. Aralarında inam-etibar olmuş, lakin sonradan onu şərləyərək güya ki 3000 ABŞ dolları məbləğində borcunun yaranmasını iddia edir. Hazırda onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlmədiyini və bunun səbəbləri barədə məlumat vermədiyini nəzərə alıb və MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında Cavabdeh1, Cavabdeh2, R.B.Məmmədov və C.S.Bağırov tərəfindən tərtib edilmiş və imzalanmış İltizamdan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu, Qaratəpə kəndində yaşayan İddiaçı 3000 ABŞ dolları məbləğində borc pul almış və həmin məbləği 2024-cü ilin oktyabr ayının 22-dək qaytaracağına söz vermişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1573 saylı məhkəmə-xəttşünaslıq eksertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 3000 ABŞ dolları pula dair “İltizam”ın aşağı hissəsində “Cavabdeh1 AA 6247846” yazılarının qarşısında olan imzanın-Cavabdeh1 tərəfindən icra edilməsi, eyni zamanda ekspertizaya təqdim edilmiş, 3000 ABŞ dolları pula dair “İltizam”ın aşağı hissəsində “Cavabdeh2 AA 0490776” yazılarının qarşısında olan imza- Cavabdeh2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada yazılı əlyazma “İltizam” formasında borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı öhdəliyini yerinə yetirərək, şifahi borc müqaviləsi üzrə cəmi 3000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, qəbul etdiyi borc vəsaitini razılaşdırılmış müddətdə, yəni iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər xx.xx.2024-cü il tarixdə yazılı əlyazma “İltizam” formasında bağlanmış borc müqaviləsindən irəli gəlmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yazılı əlyazma “İltizam” formasında borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı 3000 ABŞ dolları borc vəsaitini vaxtında və lazımı qaydada qaytarmamış və bununla da iddiaçı ilə yazılı formada bağladığı borc müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Ona görə də, 3000 (üç min) ABŞ dolları məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu əvəzi olan 71 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissələrdə də əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 71 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1573 saylı məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 124 (bir yüz iyirmi dörd) AZN Cavabdeh1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməldir. Məhkəmə həmçinin digər Cavabdeh2 hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, onun yazılı əlyazma formasında bağlanmış borc müqaviləsinin tərəfi olmadığı halda və bununla da onun hər hansı öhdəliyi və hazırkı iddiaya cavabdehliyi istisna olunduğu üçün, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən yaranmış 3000 (üç min) ABŞ dolları məbləğinin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 71 (yetmiş bir) manat Cavabdeh1 tutulub İddiaçı ödənilsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1573 saylı məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 124 (bir yüz iyirmi dörd) AZN Cavabdeh1 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1066/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1066/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver